“Samsung” paltaryuyan maşınlarında partlama riski
Bizi izləyin

Sosial

“Samsung” paltaryuyan maşınlarında partlama riski

“Galaxy Note 7” telefonun batareyasının yanmasından sonra ciddi problemlər yaşayan “Samsung”, indi də paltaryuyan maşınlarının partlaması ilə gündəmə gəlib.

“Galaxy Note 7” telefonun batareyasının yanmasından sonra ciddi problemlər yaşayan “Samsung”, indi də paltaryuyan maşınlarının partlaması ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, ABŞ-da paltaryuyan maşının partlamasından sonra ölkənin İstehlakçı Hüquqları Müdafiəsi Komissiyası 2011-2016-cı illərdə istehsal edilən “Samsung”markalı paltaryuyan maşınlarla bağlı xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilib ki, bu maşınların içərisində bəzi hissələr partlama riski daşıyır.

Problemin həllini tapması üçün “Samsung”la müzakirələr aparılır. Paylaşılan görüntülər və xəbərdarlıqdan sonra şirkət məhsullarını geri toplamaq əvəzinə, bəyanat yayıb.

“Samsung”un müşrətiləri 2011-ci ildən bəri yüz minlərlə paltaryuyan maşın alıb və paltarları problemsiz yuyublar. Problem yaşayan müştərilər paltaryuyan maşınları çox yükləyiblər”, - deyə bəyanatda bildirilib.

Paltaryuyan maşını partlayan qadın isə həmin anı təsəvvür edib. Bildirib ki, həmin an güclü bir partlayış səsi eşidib və bomba partladığını zənn edib. Qadının sözlərinə görə, maşından qopan parçalar qarajın divarını deşib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm