“Macdonalds”da zəhərli yeməklər - - FOTO
Bizi izləyin

Sosial

“Macdonalds”da zəhərli yeməklər - - FOTO

Terapevt xüsusi vasitə ilə sübuta yetirib ki, insanlar bilməyərəkdən bu zəhərlə öz uşaqlarını qidalandırırlar.

Amerika klinikalarından birinin terapevti “Macdonalds”ın yeməklərində zəhər olduğunu sübut edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, terapevt xüsusi vasitə ilə sübuta yetirib ki, insanlar bilməyərəkdən bu zəhərlə öz uşaqlarını qidalandırırlar.

O, iddiasını sübut etmək üçün “Xeppi Mil” uşaq yeməyindən istifadə edib. Terapevt bir ədəd uşaq yeməyi dəstini alaraq onu 2010-cu ildən klinikanın ofisində saxlayıb. O, şəkillərin doğruluğunu sübut etmək üçün qutunun alınma tarixinə dair qəbzi (8 yanvar 2010-cu) özündə saxlayıb.

Nəhayət o, qutunu açıb. Kartof püresinin və toyuq əti məmulatı praktik olaraq 6 il əvvəlki kimi görünüb. Məlum olub ki, qutudakılar yemək qoxusu vermirdi. Terapevtin bununla yeməklərin illər ərzində xarab olmaması faktını sübut edib. Həkimin fikrincə, bu, “fast food”un bizim sağlamlığımız üçün təhlükəli olmasını sübut yetirib.

O, hesab edir ki, bu zəhər xüsusilə bizim uşaqlarımızın sağlamlığı üçün təhlükəlidir. Həkim özünün “facebook” səhifəsində sınağı haqqında yazıb. Terapevt bütün valideynlərə bu haqda fikirləşməyi xahiş edib.

“Fasfood” sizin uşaqlarınız üçün faydalıdırmı? Onu tərəvəzlə və meyvələrlə əvəz etmək daha yaxşı deyilmi? Əsl “fastfood”u seçin: – almanı, kökü bananı, tərəvəzi", - deyə həkim yazıb.

Sonda qeyd edək ki, bütün bunlar şirkətlə terapevt arasında qarşıdurmaya səbəb olub.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm