Sosial
Orqan küçürülməsi parlamentdə müzakirə olundu
Milli Məclisin bu gün keçirilən plenar iclasında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə müzakirəyə çıxarılıb.
Publika.az xəbər verir ki, müzakirələr zamanı sözügedən qanuna dəyişiklik edilib.
Dəyişikliklərlə bağlı məlumat verən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib ki, layihədə yalnız qanunun 16-cı maddəsinə dəyişiklik təklif edilir:
“Qanunun 16-cı maddəsinə edilən dəyişiklikdə qeyd edilir ki, İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının reklamı yalnız tibbi sahədə ixtisaslaşan mətbuat nəşirlərində yayımlana bilər”.
Komitə sədri qeyd edib ki, bu dəyişiklik əslində sözügedən qanunu “Reklam haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev isə sual edib ki, ixtisaslaşmış mətbu orqanını kim müəyyən edəcək? Onun fikrincə, informasiya azadlıqları haqqında qanun var və informasiyanın yayılması azaddır:
“Ən ciddi media orqanlarında xüsusi bölmələr var və orada elmi məsələlər də yer alır.
İkincisi, bu sözlərin Azərbaycan dilində qarşılığı varsa, niyə ondan istifadə etmirik? Məsələn, transplantasiya orqan köçürməsi deməkdir. Məncə, belə hallarda öz dilimizdən istifadə edilməlidir. İqtisadi qanunlarda da bu hallar müşahidə edilir. Məncə, bu məsələ nəzərə alınmalıdır”.
Deputat daha sonra söyləyib ki, mövcud qanunvericiliyə görə, yalnız ailə üzvləri, qohumlar bir-birinə orqan verə bilər:
“Qəza zamanı insanlar həyatlarını itirirlər və bu zaman başqa insanlara nəfəs verilə bilər. Biz qanunvericilik qəbul etməliyik. Bunu nəhayət etməliyik. Hər il yollarda baş verən qəzalar zamanı minə yaxın insan həyatını itirir. Əksəriyyəti kəllə-beyin zədəsindən. Hansı ki, bu orqanlarla yüzlərlə insana həyat verilə bilər. Hesab edirəm ki, bu vəfat edən insanların yaxınları üçün də bir təsəlli olardı. Məncə, media da bu istiqamətdə ciddi maarifləndirmə işi aparmaldıır”.
Vasif Həsənli
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama