Spiker: “Hadi Rəcəbliyə dəfələrlə demişəm ki, müsahibə verəndə diqqətli ol”
Bizi izləyin

Sosial

Spiker: “Hadi Rəcəbliyə dəfələrlə demişəm ki, müsahibə verəndə diqqətli ol”

“Sosial şəbəkələrdə məndən, Fəzail Ağamalıdan və Fazil Mustafadan çox söyülən deputat yoxdur”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Aqil Abbas bildirib.

Deputat deyib ki, bəzən onun hər hansı müsahibəsi, açıqlaması sosial şəbəkələrdə konteksdən çıxarılaraq, yayımlanır və ona cavab olaraq, şərhlər yazılır:

“Bu şərhlərdə kim nə istəyirsə, yazır. Məni, həmkarlarımı təhqir edirlər. Bunun əsas səbəbi bizim demədiyimiz fikirlərin başqa cür təqdim edilməsidir. Bəzən biz müsahibə verən kimi təhqir olunuruq.

Tahir Kərimli deyir ki, deputat maaşı alanda utanıram. Ay başına dönüm, niyə utanırsan ki, əziyyət çəkib işləyirsən, maaş alırsan da... “Maaşım çoxdur” deyən deputatların maaşını azaldın da… Ay deputatlar, siz Allah bu jurnalistlərdən az qorxun. Bu gün sosial şəbəkələrdə ciddi şəkildə təhqir və böhtan var

Bütün bunlara son qoyulmalıdır, ciddi nəzarət olunmalıdır. Təhqir və böhtana yol verən saxta profillər belə araşdırılıb cəzalandırılmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deputatları müsahibə verəndə diqqətli olmağa çağırıb:

“Mən Hadi Rəcəbliyə dəfələrlə demişəm ki, müsahibə verəndə görün ki, kimə, hansı jurnalistlərə və saytlara müsahibə verirsiniz. Bu gün bir çox deputatlar gündəmdə qalmaq üçün müsahibə verməyə can atırlar. Əl çəkin də bu cür hərəkətlərdən. Mən spiker kimi Milli Məclisin deputatlarını qorumağa çalışıram”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm