Sosial
Azərbaycanda “ağıllı ev”lər yaradılacaq
Azərbaycanda intellektual idarə olunan mənzillərin yaradılması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsinin “Mənzil fondunun idarəedilməsinin təkmilləşdirilməsi” bölməsində əks olunub.
Layihədə qeyd olunur ki, yaşayış və qeyri-yaşayış sahələrinin intellektual idarə olunması məqsədilə enerjiyə qənaət texnologiyalarının tətbiqinə dəstək göstəriləcək.
Bundan əlavə, layihədə beynəlxalq təcrübəyə uyğun olaraq çoxmənzilli binalarda mənzil fondunun bazar iqtisadiyyatı prinsiplərinə əsasən idarə olunmasının təşkil edilməsi, lift xidməti sisteminin təkmilləşdirilməsinə dəstək göstərilməsi, əhalinin mənzilə olan tələbatının uyğun qiymətlərlə ödənilməsi üçün tikinti şirkətlərinə dövlət dəstəyinin göstərilməsi nəzərdə tutulur.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!