• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Səlim Müslümov: “Azərbaycanda 707 min nəfər ünvanlı sosial yardım alır”

  • Sosial
  • 1 Dekabr 2016 14:49
  • 186 Baxış
Səlim Müslümov: “Azərbaycanda 707 min nəfər ünvanlı sosial yardım alır”

“Hazırda ölkədə sosial-müdafiə sistemi vasitəsi ilə 1 milyon 312 min nəfər əmək pensiyası, 506 min nəfər müxtəlif növ müavinətlər, 162 min ailənin 707 min nəfər üzvü isə ünvanlı sosial yardım alır. Bu insanların Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri vasitəsi ilə aldıqları vəsaitin həcmi hər ay təqribən 316 milyon manat təşkil edir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir deyib ki, son dövrlərdə sosial-müdafiə sisteminin avtomatlaşdırılması sahəsində atılan addımlar, əmək müqavilələrinin elektron qeydiyyat bazasının, eləcə də avtomatlaşdırılmış ünvanlı sosial yardım, əlillik və pensiya təyinatı sisteminin formalaşdırılması ünvanlılıq və şəffaflıq prinsiplərinin təmin olunmasında həlledici rol oynamaqla vəsaitlərdən istifadəsində səmərəliliyin artırılması vəzifəsinin yerinə yetirilməsinə imkan verib.

S.Müslümov qeyd edib ki, belə şəraitdə Dövlət Sosial Müdafiə Fondunun yeni reallıqlara uyğun gərgin və balanslaşdırılmış şəkildə tərtibi imkanları genişlənib:

“Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin layihəsi cari ilin keçmiş keçmiş dövründə ölkə iqtisadiyyatının inkişaf meylləri və nöcbəti illərdə sosial-iqtisadi inkişafın əsas proqnozları proqnozları, Fondun 2015-ci və 2016-cı ilin ötən dövrü üzrə büdcəsinin icrasının nəticələri, 2016-cı ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf meylləri, sığorta pensiya sisteminin əsas parametrlərinin dəyişməsi göstəricilərinə istinad olunaraq tərtib edilib. Bu ilin 10 ayı ərzində Fondun büdcəsinin gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 200 milyon manat artaraq 2 milyard 631 milyon manata çatıb. Bu dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz və ya 81 milyon manat artaraq 1 milyard 534 milyon manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 64,2 faizini və ya 985 milyon manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faiz və ya 42,3 milyon manat çoxdur. Hesabat dövründə daxilolmaların səviyyəsi Fondun xərclərinin 98,2 faizini təşkil edən pensiya və müavinətlərin vaxtından əvvəl maliyyələşməsinə imkan verib”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR