İraqlı zabit ZƏVVARLARIMIZI İŞİD təhlükəsindən necə xilas etdi?
Bizi izləyin

Sosial

İraqlı zabit ZƏVVARLARIMIZI İŞİD təhlükəsindən necə xilas etdi?

Bu il Azərbaycandan İraqın Kərbəla şəhərinə gedən zəvvarlar bir sıra çətinliklərlə yanaşı maraqlı hadisələrlə də qarşılaşıblar.

Bu il Azərbaycandan İraqın Kərbəla şəhərinə gedən zəvvarlar bir sıra çətinliklərlə yanaşı maraqlı hadisələrlə də qarşılaşıblar.

Zəvvarlarımızın Publika.az-a verdikləri məlumata görə, onları daşıyan avtobusun sənədlərində problem olması səbəbindən İranla yanaşı, İraqda da qısamüddətli yubanma ilə üzləşiblər.

Arifə Məmmədova adlı zəvvar belə deyib: “Bəzi sənədlərdəki çatışmazlıqlarla əlaqədar avtobuslarımızı İraqın sərhəd buraxılış məntəqəsində saxladılar. Buraxılış məntəqəsinin yüksək rütbəli zabitlərindən biri Əli Ömər nişanlarımızı (zəvvarların çiyinlərində daşıdıqları və üzərindəki bayraqdan toxunmuş nişanla onların hansı ölkənin vətəndaşı olduğunu əks etdirən vasitə) gördükdə bizə xüsusi xidmət göstərilməsi barədə tapşırıq verdi. Bundan sonra isə yaxınlıqdakı maşınların yük yerinin açılmasını, zəvvarlar üçün nəzərdə tutulmuş ərzaqların azərbaycanlılara paylanılmasını tələb etdi. Bundan sonra bizə xüsusi qablarda ərzaq və su verdilər.

Qeyd edim ki, onun üzündə sifətini gizlədən xüsusi qoruyucu vasitə vardı. Bizim Azərbaycandan gəldiyimizi eşitdikdə üzündəki bu qoruyucu vasitəni çıxardı və ərəbcə “Azərbaycan, Azərbaycan, xoş gəlmisiniz”, – deyib bizi səmimi salamladı”.

"Yüzlərlə azərbaycanlı zəvvara xüsusi hörmətlə yanaşan və tabeliyindəki hərbçilərə də bizə qarşı diqqətli davranmaq tapşırığı verən İraq zabitinin soydaşlarımıza qarşı ehtiramı bununla kifayətlənməyib" deyən zəvvar sözlərinə belə davam etdi: “O, özü ilə 3 silahlı əsgər götürüb xidməti avtomobilinə mindi. Sürücülərimizə “Bura təhlükəli yerdir. Terrorçuların (İŞİD silahlılarının) tez-tez göründüyü ərazidir və o yolla getsəz siz böyük təhlükə ilə qarşılaşa bilərsiz”, - deyib avtobusları onun xidməti avtomobilinin arxasınca sürməsini tapşırdı”.

Azərbaycanlı zəvvarları nisbətən təhlükəsiz əraziyə aparan zabit sürücülərə ziyarətdən qayıdarkən onun xidmət etdiyi buraxılış məntəqəsinə gəlmələrini məsləhət görüb. Kərbəla şəhərindən geri qayıdan sürücülər onun tövsiyəsinə əməl ediblər. Geri qayıdan zəvvarlar iraqlı zabitlə xatirə fotoları çəkdiriblər. O, Azərbaycanı çox sevdiyini, respublikamızda bir dəfə olduğunu, yaxın vaxtlarda növbəti dəfə səyahət edəcəyini bildirib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm