“Azəriqaz”dan əhaliyə BƏD XƏBƏR: Balansa bundan artıq pul yükləmək olmaz
Bizi izləyin

Sosial

“Azəriqaz”dan əhaliyə BƏD XƏBƏR: Balansa bundan artıq pul yükləmək olmaz

“Əhalinin təbii qazdan maksimal istehlak həcmi hesablanıb və aylıq limitin məbləği 200 manat müəyyən edilib”.

“Əhalinin təbii qazdan maksimal istehlak həcmi hesablanıb və aylıq limitin məbləği 200 manat müəyyən edilib”.

Bu barədə Publika.az-a Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev məlumat verib.

Onun sözərinə görə, limit müvəqqəti xarakter daşıyır: “30 noyabr 2016-cı ildən 1 yanvar 2017-ci ilə qədər, 1 ay müddətində 200 manat limit tətbiq edilib. Bu ilin sonunda proqram təminatında yenilənmənin tez bir zamanda həyata keçirilməsi, Tarif Şurasının 28 noyab 2016-cı il tarixli 18 saylı qərarının icrasından yayınma hallarının qarşısının alınması məqsədilə atılan addımdır”.

İ.Kərbəlayev noyabrın 28-dən limit tətbiq olunana qədər abonentlər arasında balansını 200 manatdan çox artıranların ola biləcəyini istisna etmədiyini dedi.

Xatırladaq ki, bir neçə gün əvvəl “Azəriqaz” dan verilən açıqlamada abonentlərin balansı artırmaqlarında heç bir tətbiq edilməyəcəyini və yanvarın 1-dək yüklənən məbləğin köhnə tariflə çıxılacağını bəyan edilmişdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm