"Bazarstore"da BİABIRÇILIQ: Şirniyyatların üzərində tarakan gəzir - - FOTO
Bizi izləyin

Sosial

"Bazarstore"da BİABIRÇILIQ: Şirniyyatların üzərində tarakan gəzir - - FOTO

"Bazarstore" ilə əlaqə saxlayaraq məsələ ilə bağlı rəsmi münasibət öyrənilib.

Bakıda məşhur supermarketlərdən birində xoşagəlməz hal ortaya çıxıb.

Baku.ws xəbər verir ki, "Bazarstore" mağazasının "28 Mall"da yerləşən filialında şirniyyatın üzərində tarakanların gəzişdiyi məlum olub.

Bu barədə narazı müştərilər sosial şəbəkələrdə paylaşım ediblər. Hətta böcəyin şəklini də çəkərək "Facebook"da paylaşıblar.

"Bazarstore" ilə əlaqə saxlayaraq məsələ ilə bağlı rəsmi münasibət öyrənilib.

Həmin açıqlamanı təqdim edirik:

"Dəyərli müştərilərimiz, 28 Mall mağazamızda baş verən xoşagəlməz hadisədən ötrü təəssüflənirik. Həmin mağazamız gündəlik olaraq təchizatçı firmalardan tonlarla məhsul qəbul edir. Bizim təxminimizə görə, kənardan gələn karton qutulardan mağazamıza düşmə ehtimalı vardır. Qeyd etmək istəyirik ki, bütün mağazalarımızda müntəzəm olaraq profilaktik pest-kontrol (dezinseksiya, deratizasiya) yoxlamaları aparılır. Məsələn, sonuncu kontrolun hesabatı əlavədədir. Bu məsələ yenidən pest-kontrol komandası ilə araşdırılır və təcili tədbirlər görülməkdədir. Belə bir hal yaşandığı üçün bütün müştərilərimizdən üzr istəyirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm