Sosial
Məcburi köçkün uşaqlarına yemək pulu verilməyəcək
Azərbaycanda 2017-ci il yanvarın 1-dən etibarən doğulmuş
məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət
verilməyəcək.
“Report”un xəbərinə görə, bununla bağlı “Məcburi köçkünlərə yemək
xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin
paylanılmasına dair Təlimat”a dəyişikliyin müvafiq hissəsi bu ayın
sonundan tətbiq olunacaq.
Dəyişikliklə bağlı sənədi Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov imzalayıb.
Sənədə əsasən, 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş
məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət
verilməyəcək.
Bundan başqa, dəyişikliklə Azərbaycanın məhkəmə orqanlarına hakim
təyin olunan, habelə kommersiya hüquqi şəxsi kimi dövlət
qeydiyyatına alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi
köçkünlərə, hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən
zabitlərə, dövlət təminatında olan məcburi köçkünlərə (həqiqi hərbi
xidmətdə olan, məhkəmənin hökmü əsasında azadlıqdan məhrumetmə
cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssisələrində cəza çəkən
şəxslərə həmin müddət başa çatanadək), məcburi köçkünlərin əvvəlki
yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il
müddətində əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış
şəxslərə aylıq yemək xərci üçün verilən müavinət dayandırılıb.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye