Milli Məclis gələn ilin büdcə müzakirələrinə başladı - Baş nazir də qatılıb
Bizi izləyin

Sosial

Milli Məclis gələn ilin büdcə müzakirələrinə başladı - Baş nazir də qatılıb

Bu gün Milli Məclisin 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi ilə bağlı plenar iclası işə başlayıb.

Publika.az xəbər verir ki, iclasda 2017-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə olunacaq. Büdcə müzakirələri dekabrın 6, 7 və 8-də keçiriləcək iclaslarda baş tutacaq.

Gündəliyə təklif olunan məsələlər aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

2. "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

3. "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

4. "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

5. Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il üçün xərclər smetası haqqında

6. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında.

Qeyd edək ki, bu günkü iclasda Azərbaycanın Baş naziri Artur Rasizadə və digər hökumət üzvləri də qatılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm