Fazil Mustafa: “Mədəniyyət, təhsil və səhiyyə işçilərinin əmək haqqı qaldırılmalıdır”
Bizi izləyin

Sosial

Fazil Mustafa: “Mədəniyyət, təhsil və səhiyyə işçilərinin əmək haqqı qaldırılmalıdır”

“Azərbaycanda mədəniyyət, təhsil və səhiyyə sahəsində çalışanların əmək haqqı qaldırılmalıdır”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın 2017-ci il üzrə büdcə müzakirəsi zamanı bildirib.

Deputat deyib ki, büdcədən bir sıra sahələrə ayrılmalar artdığı halda, mədəniyyət və incəsənət sahəsinə ayrılan vəsait azaldılıb:

“Onsuz da bu sahədə çalışan insanlar çox cüzi maaş alırlar. Onların aldıqları maaş ölkədəki minimum yaşayış səviyyəsinə yaxındır. Bu maaşla yaşamaq mümkün deyil. Ona görə də bu sahəyə diqqət yetirmək lazımdır”.

F.Mustafa təhsil və səhiyyə işçilərinin maaşlarının qaldırlmasının vacibliyini vurğulayıb:

“Bu gün repetitorluqla məşğul olmayan müəllimin aldığı maaş mədəniyyət sahəsində çalışan şəxsdən heç də fərqli deyil və çox aşağı səviyyədədir. Elə bunu səhiyyə sahəsində çalışanlara da şamil etmək olar. Odur ki, bu sahədə çalışanların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm