Deputat: “Qubada açılan soyqırımı muzeyinin işığı yanmır”
Bizi izləyin

Sosial

Deputat: “Qubada açılan soyqırımı muzeyinin işığı yanmır”

"Oqtay müəllim, axı bu obyektlər kimin balansına verilsin?"

“Qubada açılan 1918-ci il soyqırımı muzeyinin işığı yanmır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan millət vəkili Yevda Abramov bildirib.

Deputat deyib ki, bundan başqa, icra başçısı Qubada insanların köməyi ilə Gənclər Mərkəzi tiksə də, işığı yoxdur:

“Qubada muzeyin açılması hamımızın gözlədiyi bir şey idi. Bu muzeyin analoqu yoxdur. Mən ora çoxlu qonaqlar aparıram. Ancaq muzeyin işığı yanmır. Oqtay müəllim, axı bu obyektlər kimin balansına verilsin? Bu məsələ hələ də havadan asılı qalıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm