Deputat: “Ehtiyac meyarının həddi yaşayış minimununa çatdırılsın”
Bizi izləyin

Sosial

Deputat: “Ehtiyac meyarının həddi yaşayış minimununa çatdırılsın”

"Heç olmasa elə edək ki, insanlar kəndlərdəki borc dəftərlərini bağlasınlar”.

“Ehtiyac meyarının həddi yaşayış minimununa çatdırılsın. Rayonlardakı market və mağazalarda insalarımızın borc dəftərləri yaranıb. Heç olmasa elə edək ki, insanlar kəndlərdəki borc dəftərlərini bağlasınlar”.

Publika.az
-ın xəbərinə görə, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, bəzi deputatlar ünvanlı sosial yardımların dayandırılması ilə bağlı təkliflər verməklə insanları qıcıqlandırır:

“Burada ünvanlı sosial yardımların kəsilməsi ilə bağlı təkliflər verməklə insanları qıcıqlandırıb stress altında saxlayırıq. Rabitə Nazirliyində neqativ hallar aşkarlanıb və gəlin bu nazirliyə maliyyələşməni dayandıraq. Belə məntiq olmaz axı. Bu cür çıxışlarla, ünvanlı sosial yardımların dayandırılması ilə bağlı fikirlər səsləndirməklə insanlara mənfi psixoloji durumda qoyuruq. İş yerlərini itirən insanların işsizliyə görə müvainətləri məsələsinə ciddi yanaşmalıyıq. Deyirlər ki, hökuməti əvəllər tənqid edənlər niyə indi tərifıləyirlər? Mən nə zamansa hökumətin hansısa addımlarını müsbət hesab edib tərifləmişəm və nə zamansa hansısa addımlarını mənfi hesab edib tənqid etmişəm. Burda nə var ki? Belə məntiqlə məsələyə yanaşmaq düzgün deyil. Bütün dünyanın gözü dünya parlamentlərindədir. Nəyisə deyəndə, danışanda gəlin diqqətli olaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm