Spiker: “Zahid Oruc, 5 dəqiqə vaxt verirəm”
Bizi izləyin

Sosial

Spiker: “Zahid Oruc, 5 dəqiqə vaxt verirəm”

"Müəyyən tezizlərim var ki, onlara toxuna bilməyəcəm”.

Milli Məclisin bu gün keçirilən iclasında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc vaxt azlığından şikayətlənib.

Publika.az-ın xəbərinə görə, deputat bildirib ki, çıxış üçün vaxt 10 dəqiqə nəzərdə tutulub, amma sonradan bu, 5 dəqiqəyə endirilib:

“Ona görə də mən geniş danışa bilmirəm. Müəyyən tezizlərim var ki, onlara toxuna bilməyəcəm”.

Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca cavab verib:

“Sənə əlavə 5 dəqiqə də vaxt verirəm. Danış”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm