“İş tapa bilməyənlərə kömək etmək olar”
Bizi izləyin

Sosial

“İş tapa bilməyənlərə kömək etmək olar”

"Şərti də olsa belə şəxslərə ünvanlı sosial yardım verilə bilər”.

“Cəmiyyətin bir hissəsi var ki, onlar Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsini səbirsizliklə gözləyirlər. Bu, da təbii haldır. Çünki onlar cəmiyyətin həssa təbəqələridir və dövlətin humanist siyasətinə daha çox ehtiyacları var”.

Publika.az-ın xəbərinə görə bunu deputat Rafael Cəbrayılov Milli Məclisin iclasında deyib.

Sosial siyasətin ölkəmizdə əsas prioritet sahə olduğunu deyən R.Cəbrayılov işsizliyə görə icbari tibbi sığortanın tez həyata keçirilməsinin təmin edilməsini təklif edib:

“Ölkəmizdə son illər ünvanlı sosial yardımlarla bağlı müsbət istiqamətdə dəyişikliklər var. Bildiyiniz kimi ölkədə ünvanlı sosial yardımların verilməsi üçün meyar 116 manat götürülüb və bu yardım əmək qabiliyyətli insanlara verilmir. Bu, düzgündür. Lakin işsizliklə bağlı problemləri nəzərə alsaq, çətin iqtisadi dövrdə iş tapa bilməyənlərə kömək etmək olar. Elə ailələr var ki, onların evlərinə əmək haqqı qismində gəlir daxil olmur və onlar iş tapa bilmirlər.

Belə insanlara müvəqqəti kömək etmək lazımdır. Şərti də olsa belə şəxslərə ünvanlı sosial yardım verilə bilər”.

Deputat əmək pensiyalarının hesablanması ilə bağlı bəzi bölgələrdə ciddi problemlərin də olduğunu vurğulayıb:

“Pensiya alanlarla müvafiq qurumlar arasında pensiyaların hesablanması ilə bağlı xoşəgəlməz hallar olur. Hətta bu problemlər məhkəmə çəkişmələrinə də gətirib çıxarır. Bəzən insanlar məhkəmələrdə udsalar da, onların yerinə yetirilməsi ilə əlaqədar problemlər ortaya çıxır. Bu baxımdan düşünürəm ki, nazirlik bununla bağlı məsələləri ciddi nəzarət də saxlamalı və məhkəmə qərarlarının yerinə yetirilməsinə diqqət edilməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm