Qazsız və işıqsız qalan Xırdalan
Bizi izləyin

Sosial

Qazsız və işıqsız qalan Xırdalan

Dünəndən Xırdalanda, Quşçuluq massivində sakinlər işıqsız qalıb.

Dünəndən Xırdalanda, Quşçuluq massivində sakinlər işıqsız qalıb. Bu barədə onlar saytımıza məlumat verib. Sakinlərin sözlərinə görə, bu gün qəsəbədə bəzi ərazilərində eketrik verilsə də, əksər ərazilər hələ də qaranlıqda qalıb. Elektrik enerjisi ilə yanaşı təbii qazın da təzyiqi çox aşağıdır. Qarlı və şaxtalı havada təbii qaz və elektrik enerjisinin olmaması əhalini çətin vəziyyətdə qoyub.

“Azəriqaz” İB-nin mətbuat katibi İbrahim Kəlbalıyev Publika.az-a bildirib ki, yerlərdə yaranan problemlə bağlı sakinlər 104 və 185 nömrəli "qaynar xət"lərə zəng edə bilərlər: “Daxil olan bütün müraciətlər əməkdaşlarımız tərəfindən qeydə alınır və araşdırılır. Qaz xətləri və tənzimləyici qurğularda yaranmış texniki problemlər aradan qaldırılır. Hansı ərazidə problem varsa, “qaynar xətt”ə zəng etsinlər”.

“Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev Publika.az-a paytaxtın mərkəzində elektrik verilişində problem olmadığını deyib, lakin nisbətən kənar qəsəbələrdə xətlərdə texniki nasazlıqların ola biləcəyin də inkar etmədiyini bildirib: “Elektrik enerjisi verilişində problemləri mətbuatdan, fərdi şəxslərdən eşitmişəm. Bizə daxil olan bütün müraciətləri araşdırırıq. Hansı ərazilərdə problem varsa, qısa zamanda həllini tapır. Həm əməkdaşlarımız, həm də texniki imkanlarımız hazırdır. Konkret Xırdalanda isə elektrik enerjisi verilişində problem yoxdur. Hansı abonentin problemi varsa, “199” “Qaynar xətt” xidmətinə müraciət edə bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm