Qaynar xətlər niyə cavab vermir? - Dəqiqələrlə mahnıya qulaq asırıq - - VİDEO/FOTO
Bizi izləyin

Sosial

Qaynar xətlər niyə cavab vermir? - Dəqiqələrlə mahnıya qulaq asırıq - - VİDEO/FOTO

Müxtəlif qurumların qaynar xətləri eyni cür fəaliyyət göstərmir.

ARB TV-nin "Günün ardınca" verilişində aktual mövzuya toxunulub.

Qaynar xətlər vətəndaşlarla daha rahat və çevik formada əlaqə saxlamaq, yaranmış problemlərlə bağlı onları maraqlandıran suallara dərhal cavab vermək məqsədilə yaradılıb. Qaynar xətlərdən yararlanmaq hər bir vətəndaşın borcudur. Bizim qaynar xəttimizə daxil olan müraciətlərin çoxunda vətəndaşlar müxtəlif qurumların qaynar xətlərindən yararlana bilmədiklərindən gileylənirlər.

Publika.az xəbər verir ki, əslində, müxtəlif qurumların qaynar xətləri eyni cür fəaliyyət göstərmir. Məsələn, Təhsil Nazirliyi və DSMF-nin qaynar xətt xidmətləri həftənin 5 günü 09:00-dan axşam saat 18:00-a kimi aktivdir. Amma zəngə cavab vermək əvəzinə müxtəlif musiqi çələngləri ilə qarşılaşırıq.

Buna baxmayaraq zəngimizə cavab verən qurumlar da tapıldı. Məsələn, 101,102,103,104 və 112 qaynar xətt nömrələri zənglərə anında cavab verir. Onların fəaliyyətindən sakinlər də narazı deyil.

Sakin: "Bəli, mən 102 xidmətinə zəng eləmişdim. Çox razıyam qane edir".

Sakin: "Yoldaşımın pensiya kartını itirmişdik. Mən də qaynar xəttə zəng edib bağlatdırdım. Gedib yenisini düzəldəcəm".

Sakin: "Mən Səhiyyə Nazirliyinə zəng eləmişəm. Qaynar xətti götürməyib".

Sakin: "Qaz üçün zəng eləmişdim. Xarab idi, gəlmişdilər. Aparatı düzəltdilər".

24 saat ödənişsiz fəaliyyət göstərən Səhiyyə Nazirliyinin qaynar xətti bizi xəttə çox gözlətmədi.

Qış aylarında sakinlərin ən çox mavi yanacaqla bağlı şikayətləri olduğunu nəzərə alsaq, Azəriqaz İB-in 185 qaynar xəttinin daha operativ olmasına ümid edirdik. Amma yenə də eşitdiyimiz Azərbaycan musiqisinin korifeylər Üzeyir Hacıbəyov, Emin Sabitoğlu, Fikrət Əmirov kimi bəstəkarların könül oxşayan musiqiləri oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm