ATV-nin “Yoxlama”sından SENSASİYALI QALMAQAL - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Sosial

ATV-nin “Yoxlama”sından SENSASİYALI QALMAQAL - VİDEO (YENİLƏNİB)

Hadisə Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə baş verib.

171 nömrəli məktəbin rəhbərliyi və müəllim heyəti “ATV” telekanalında yayımlanan “Yoxlama” verilişinin çəkiliş qrupu ilə bağlı akt tərtib edib. Mətbuata təqdim edilən məlumatda bildirilib ki, adıçəkilən məktəbdə baş tutan çəkiliş zamanı çəkiliş qrupu qapıçını itəliyərək məktəbə daxil olub. Onlar 6-cı sinif şagirdini itələdiklərinə görə məktəbli xəsarət alıb, habelə tədris ocağında böyük ajiotaj yaranıb. Çəkiliş qrupu məktəbin müxtəlif ərazilərinə, həmçinin icazəsiz siniflərə daxil olaraq tədris prosesini kobudcasına pozub.

Aparıcı Azər İsmayılov Publika.az-a açıqlamasında məktəbin bu iddialarına aydınlıq gətirib: “Məktəbdə kameralar var, bizim də çəkdiklərimizin hamısı montajsız “ATV”yə təqdim edilib. Məktəb rəhbərliyi tərəfindən hər hansı irad varsa, onlar da kameralarını açsınlar, biz də çəkdiklərimizi bütün lazımı qurumlara göstərməyə hazırıq. Hər bir məkana daxil olarkən etik davranış qaydalarına əməl edirik. Bizə qarşı kobud davranış yoxdursa, biz nə üçün hər hansı məkana kobud şəkildə daxil olmalıyıq? Biz sadəcə məktəbin qarşısında kadrları çəkmişik, sonra məktəbin içərisinə daxil olmuşuq. Girişdə bir xanım əyləşmişdi. Onun təhlükəsizlik əməkdaşı, yoxsa qapıçı olduğunu bilmədik. İçəri daxil olandan bir dəqiqə keçməmiş təlim-tərbiyə üzrə direktor müavini bizə yaxınlaşdı. Normal olaraq fikrimizi çatdırdıq, daha sonra mətbəxə baxmaq istədiyimizi dedik. Min cür bəhanələr gətirərək qapını açmadılar. İkinci növbədə getmişdik. Heç bir sinifdə dərs prosesinə mane olmamışıq. Mətbəx bağlı olduğuna görə tualeti çəkdik. Bu zaman bizimlə kobud davrandılar, hətta məni təhqir etdilər. 6-cı sinif şagirdinin itələnməsinə gəldikdə, bu da yalan məlumatdır. Günahkar olan tərəf başqa yollara əl atır”.

Verilişin artıq yayılmış anonsunda gərginliyin yaşanmasına aydınlıq gətirən aparıcı bunun yalnız özünü təqdim etməyən bir müəllimin kobud davranışı ilə əlaqədar olduğunu dedi: “Müəllim bizə “çıxın burdan” deyə qışqırdı, hətta məni təhqir etdi. Mən də cavabında onun kim olduğunu soruşdum. Gərgiyin yaşanması da bununla bağlıdır. Bütün bu dediklərim hamısı kamerada var. Məktəbin də girişində, dəhlizdə də kameralar var idi. Ölkədə qanun var, istədikləri quruma müraciət etsinlər. İddiaları həqiqətdirsə, təqdiqini tapacaq”.

***

“ATV” telekanalında yayımlanan “Yoxlama” verilişinin çəkilişi zamanı daha bir qalmaqal yaşanıb.

Hadisə Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə baş verib. Məktəbin rəhbərliyi bildirir ki, 6 yanvar 2017-ci il tarixində saat 14:30 radələrində məktəbə üçüncü növbədə təhsil alan şagirdlərin qəbulu zamanı 12 nəfərdən artıq idmançı görünüşlü şəxslər, o cümlədən “Yoxlama” verilişinin aparıcısı Azər məktəbə gəlib. “Onun yanında özünü bütün sahələr üzrə ekspert kimi təqdim edən hündürboylu, ağ sifətli 27-28 yaşlı gənc oğlan, ATV gödəkçəsi geymiş 5 “əməkdaş” və təhlükəsizliyə aid uniforma geymiş daha 5 gənc məktəb rəhbərliyinə xəbər vermədən, qapıçını itəliyərək məktəbə daxil olublar. “Onlar təqribən bir saat müddətində məktəbdə böyük ajiotaj yaradıb, məktəbin müxtəlif ərazilərində, həmçinin icazəsiz siniflərə daxil olaraq tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparıblar. Gələnlər məktəb rəhbərliyinin dəfələrlə müraciətinə əhəmiyyət vermədən özlərini sözün həqiqi mənasında qoçu kimi aparıblar. Bu qoçu dəstəsinin üzvləri tərəfindən müəllimlərə və məktəbin texniki personalına qarşı kobudluqlar edilib, ələ salma tipli suallar verilib, qeyri-etik ifadələrlərlə onların hissiyyatına toxunublar. Heç bir xəbərdarlıq etmədən həmin gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna daxil olaraq çəkiliş aparıblar. Bütün bunlar ciddi narahatçılıq yaradıb, həmin “çəkiliş qrupu”nun törətdiyi qalmaqal şagirdlər, müəllimlər və valideynlər arasında vahiməyə səbəb olub. Bu hadisədə ən acınacaqlı hal ondan ibarət olub ki, ATV kanalının əməkdaşlarından biri məktəbin 6 E sinif şagirdini kobudcasına itələyərək yıxaraq ona xəsarət yetiriblər” – deyə məktəb rəhbərliyi yazır.

Məktəb rəhbərliyi baş vermiş hadisəni aktlaşdırıb və aidiyyatı orqanlara müraciət etdiyi bildirilir. Dünən ATV kanalında sözgüdən məktəbdə aparımış çəkilişin anonsları yayılıb və yuxarıda təsvir olunan gərginlik kadrlarda öz əksinin tapıb.

Məlumat üçün bildiritik ki, hazırda məktəbin dörddə üç hissəsində Təhsil Nazirliyi tətəfindən əsaslı tikinti işləri aparıldığından təhsil müəssisəsi üçnövbəli rejimdə işləyir.

Əvvəllər də “Yoxlama” verilişinin çəkilişləri zamanı insidentlər yaşanıb, aparıcı Azər İsmayılov döyülüb. Belə ki, yay aylarında çəkiliş heyəti verilişin növbəti buraxılışı üçün Şamaxıdakı restoranlardan birində olarkən Azər İsmayılov və verilişin əməkdaşlarına fiziki zor tətbiq edilmişdi. (bizimyol)

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm