Bakıda 200-dən artıq binanın sakinləri TƏHLÜKƏDƏ - SOS
Bizi izləyin

Sosial

Bakıda 200-dən artıq binanın sakinləri TƏHLÜKƏDƏ - SOS

Bu binalar Qaradağ, Xətai, Nizami və Binəqədi rayonundadır.

Bu günə qədər Bakıda 236 binada sulu zirzəmi aşkarlanıb. Bir sıra ərazilərdə zirzəmilərin məişət çirkab suları və qarışıq qrunt suları ilə dolması barədə mərkəzə məlumat daxil olub.

Publika.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, su ilə dolu olan zirzəmilər daha çox Qaradağ, Xətai, Nizami və Binəqədi rayonunda müşahidə olunur.

“Su nümunələrinin təqdidatı nəticəsində zirzəmilərdə qrunt, bir qismində məişət çirkab suları (kanalizasiya), bir qismində isə kommunikasiya xətlərinin nasaz olması səbəbindən məişət və qrunt sularının qarışığı aşkar edilib. Bu binalarla bağlı müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ qaldırırıq. Onlar tərəfindən dərhal qabaqlayıcı tədbirlər həyata keçirilməlidir. Əfsus ki, bu işlər həyata keçirilmir. Bununla bağlı BŞİH-ə geniş arayış təqdim olunub”

Z.Kazımov qeyd edib ki, son vaxtlar iqlim dəyişikliyi ilə əlaqədar yağıntıların çox olması belə zirzəmilərin sayının artmasına gətirib çıxaracaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm