Dünyadan bixəbər 20 yaşlı Leyla - - VİDEO
Bizi izləyin

Sosial

Dünyadan bixəbər 20 yaşlı Leyla - - VİDEO

20 yaşı olduğunu kimə desən inanmaz.

20 yaşı olduğunu kimə desən inanmaz. Bu qız 10 yaşlı uşağa bənzəyir.

Publika.az xezerxeber.az-a istinadən bildirir ki, 1996-ci ildə Ağdaşda doğulan Leylanın anadangəlmə gözləri görmür, qulaqları eşitmir. Belə hala nadir hallarda rast gəlmək mümkündür. Ətraf mühitlə əlaqə eşitmə və görmə ilə mümkün olduğu üçün, Leyla həyat haqda heç bir informasiyaya malik deyil. Heç bunu dəqiqləşdirmək də mümkün deyil.

Hazırda Xəzər rayonundakı 3 saylı internat məktəbində qalan Leylanın qulluğunda fədakar dayəsi və tibb bacıları dayanır.

Dünyada gözü görməyən, qulaqları eşitməyən insanlar azdır. Onların ehtiyaclarını bilmək, qulluqlarında durmaq olduqca çətindir.

Leyla ətrafında baş verənlərdən xəbərsizdir. Onun hamı kimi istəkləri, tələbləri yoxdur. Gəzə bilmir, hətta kədərin nə olduğunu bilmədiyi üçün ağlamır da. Yalnız toxunuşla sevgi və qayğını hiss edə bilir. Buna görə də kimsə əlindən tutsa onu qucaqlamaq istəyir.

Dayə və tibb bacıları Leylanın özünü yaxşı hiss etməsi üçün əllərindən gələni edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm