Dövlət və özəl sektorda işləyənlərin maaşları artırılacaq - ŞAD XƏBƏR
Bizi izləyin

Sosial

Dövlət və özəl sektorda işləyənlərin maaşları artırılacaq - ŞAD XƏBƏR

Bu tədbirlər əhalinin maddi rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək istiqamətində atılan inamlı addımlardır.

"Dünyada baş verən ümumi proseslər fonunda devalvasiya və neftin qiymətinin aşağı düşməsi ölkədə ümumi iqtisadi vəziyyətə mənfi təsir edib. Amma yaşanan böhranlara baxmayaraq, Azərbaycan ildən-ilə inkişaf edir".

Bunu iqtisadiyyatçı-ekspert Vüqar Bayramov AZƏRTAC-a müsahibəsində deyib.

Ekspertin sözlərinə görə, bütün çətinliklərə rəğmən sosial xərclərdə azalmalar deyil, artımlar var.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında Sərəncam imzalayıb. Minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib. Minimum aylıq əməkhaqqının artırılması dövlət və özəl sektor işçilərinin maaşlarının artımına gətirəcək.

Manatın devalvasiyası ilə əlaqədar müəyyən inflyasiya təzyiqləri mövcuddur və bunun əhalinin ən həssas qruplarına mənfi təsirinin yumşaldılması məqsədi ilə dövlət tərəfindən müəyyən tədbirlər görülür. Bu tədbirlər əhalinin maddi rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək istiqamətində atılan inamlı addımlardır.

Ölkə başçısının “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamı pensiyaların miqdarında artımlar olacağına imkan verir. Sosial xərclərin məbləğinin artması, eyni zamanda, əməkhaqqı və pensiya artımları üçün maliyyə bazası formalaşdırır. Bu Sərəncam pensiyaçıların dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu nümayiş etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm