Sahibkarlar Konfederasiyasına yeni baş katib təyin olundu
Bizi izləyin

Sosial

Sahibkarlar Konfederasiyasına yeni baş katib təyin olundu

O.Bayramov əmək fəaliyyətinə 2006-cı ildən sığorta sahəsində başlayıb.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına yeni Baş katib təyin olunub.

Qurumdan Publika.az-a verilən məlumata görə, bu vəzifəyə Orxan Bayramov təyin olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakültəsini (bakalavr) 2008-ci ildə bitirən O.Bayramov hal-hazırda “Maastricht School of Management”-də EMBA proqramı üzrə təhsilini davam etdirir.

O.Bayramov əmək fəaliyyətinə 2006-cı ildən sığorta sahəsində başlayıb. 2013-cü ildən 2017-ci ilədək isə Azərbaycan Sığortaçılar Assosiasiyasında sədr vəzifəsində çalışıb. İngilis, türk, rus dillərini bilir.

Qeyd edək ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) 5 mart 1999-cu ildən təsis edilib. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına kömək edən qeyri-hökumət təşkilatıdır. Hal-hazırda 6000-dən artıq sahibkarlıq subyekti, o cümlədən 70-ə qədər iqtisadi və sosial yönümlü Assosiasiyalar, Holdinqlər, Birliklər, İttifaqlar, iri şirkətlər, banklar, sığorta təşkilatları və qruplar Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm