Sosial
Azərbaycanda bu siqaretlərin satışı QADAĞAN EDİLDİ
İqtisadiyyat Nazirliyi "Azəri" korporasiyasına həmin müəssisənin 2016-cı ilin iyulundan Şəkidə istehsal etdiyi filtrsiz "Piramida" siqaretinin satışını qadağan edib.
Bu barədə "Azad İstehlakçılar" İB-nin rəhbəri Eyyub Hüseynov bildirib.
Filtrsiz siqaret istehsalı faktının araşdırılması "Azad İstehlakçılar" İB-nin Nazirlər Kabinetinə müraciətindən sonra başlayıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin cavab məktubunda qeyd edilir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə 14 dekabr 2016-cı ildən "Azəri" korporasiyasına filtrsiz siqaret istehsalı üçün 16 iyul 2016-cı ildə verilən gigiyena sertifikatı ləğv edilib.
"Filtrsiz siqaret istehsalının qadağan edilməsi istehlakçıların qələbəsidir. İndi növbə bu siqaretləri satışdan yığışdırmalı olan Antiinhisar Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinindir", - deyə Eyyub Hüseynov bildirib. (contact)
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ