Sosial
Erməni ilə evlənən Azərbaycan təmsilçisinin keçmiş xanımından ilginc açıqlama - - FOTOLAR
Bu gün gündəmi zəbt edən xəbərlərdən biri, İsveç
Diaspora rəhbərinin erməni ilə evlənməsi xəbəri oldu. Azərbaycan
təmsilçisinin azərbaycanlı xanımını erməni qadına dəyişməsi heç də
birmənalı qarşılanmadı. İstiPress-in yayılan xəbərlərlə bağlı bu və
ya digər suallarını Səttar Seviginin keçmiş xanımı Əfsanə Sevigin
cavablandırıb.
- Salam, Əfsanə Xanım. Bu gun KİV-də həyat yoldaşınızın
sizdən ayrılması və erməni qızla evlənməsi barədə xəbər yayıldı.
İstəyərdik sizin də bu məsələyə mövqeyinizi öyrənək. Siz doğurdanmı
Səttar bəylə məhz bu səbəbdən ayrılmısınız? Yazılanlar nə dərəcədə
həqiqəti əks etdirir?
- Salamlar və saygılar. Mən indi də yaşadığım yerdə - İsvecdəyəm.
Dövlət işində işləyirəm. Başım uca, alnım açıq gözəl bir şəkildə
türklüyümü və ölkəmi təmsil edirəm. Səttarla biz yollarımızı
ayırmışıq.
- Xəbərlə bağlı nə deyə bilərsiniz? Səttar bəy erməni
xanimla evlənib?
- Mən Səttarla adımın bir yerdə gəlməsini istəmirəm. Hər kəs özünə
yaraşanı edər.
- Siz nə vaxt ayrılmısınız, Əfsanə xanım?
- Rica etsəm bu haqda məndən soruşmayınız. Öz haqqımda sizə bilgi
verə bilərəm.
- Nə vaxt ayrılmısınız?
- Biz Səttarla daha ilk gəncliyimizdə evləndik. O da, mən də çox
gənc idik. Zamanı gəldi bəzi səbəblərdən dolayı yolumuzu ayırdıq.
Evliliyimiz 30 il sürdü.
- Əfsanə xanım, bir şey də diqqətimi çəkdi. Hələ də Sevigin
soyadını daşıyırsınız. Səbəb?
- Sevigin Səttarın soyadı deyildir. Biz uşaqlarla birgə türkcə bir
soyadı almağa qərar vermişdik və Sevigin soyadını birlikdə
seçmişdik. Bu soyadın Səttarla heç bir ilgisi ve bağlılığı yoxdur.
Biz özümüz seçdiyimiz soyadı daşımağa davam edəcəyik. Səttar
istədiyi zaman keçmiş soyadını daşıya bilər.
- Bəs nə vaxtdan rəsmi ayrılmısınız ?
- Çox yeni.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO