Komitə sədri icra hakimiyyətinin icazəsi ilə tikilən qanunsuz evlərdən DANIŞDI
Bizi izləyin

Sosial

Komitə sədri icra hakimiyyətinin icazəsi ilə tikilən qanunsuz evlərdən DANIŞDI

“Hər bir konkret hal üzrə konkret həll variantı olacaq".

“Neft torpaqlarında tikilən evlər var ki, onların sənədləşməsi prosesi dövlət başçısının imzaladığı fərmana əsasən tədricən həllini tapacaq”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.

Komitə sədri deyib ki, bu məsələ ilə bağlı müxtəlif məqamlar var:

“Hər bir konkret hal üzrə konkret həll variantı olacaq. Ümumiyyətlə, belə evlərin sənədləşdirilməsi üçün müxtəlif tələblər var və bu da fərmanda əksini tapıb. Məsələn, bu evlər tikiliməzdən öncə gərək layihəsi yerli icra hakimiyyəti ilə razılaşdırılmalı idi. Sürüşmə zonaları, fövqəladə vəziyyətlər ola bilər. Layihə razılaşdırılıbsa, həmin evlərin sənədləşdirilməsi fərmanda əksini tapıb. Yəni, Azərbaycan Prezidentinin fərmanında əksini tapan tələblərə uyğun olaraq sənədsiz evlərin sənədləşdirilməsi üçün müvafiq müraciət edilməlidir. Qanunsuz tikililərlə bağlı sənədləşmə problemi isə bir il əvvəl Azərbaycan Prezidenti tərəfindən imzalanmış fərmana əsasən tədricən həllini tapacaq”.

A.Rəhimzadə Bakı və Abşeron yarımadasında əsasən bələdiyyələrin sərəncamı ilə qanunsuz ayrılmış torpaqlarda, qismən də özbaşına zəbt edilmiş torpaqlarda tikilən və müvafiq icra hakimiyyəti ilə tikinti layihəsi razılaşdırılmayan evlərlə bağlı da danışıb:

“Bu cür hallar qanunvericiliyin tələblərinin pozulduğunu göstərir. Hesab edirəm ki, Azərbaycan Prezidentinin bir il əvvəl imzalanmış fərmanına əasəsən bu sahədə məsələlər həllini tapmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm