Baş redaktor Milli Məclisdə deputatları tənqid etdi
Bizi izləyin

Sosial

Baş redaktor Milli Məclisdə deputatları tənqid etdi

“Mətbuatı bu qədər tənqid edərkən, parlementin bəzi nümayəndələrini də tənqid etmək lazımdır”.

“Mətbuatı bu qədər tənqid edərkən, parlementin bəzi nümayəndələrini də tənqid etmək lazımdır”.

Publika.az xəbər verir ki, bu fikirləri “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bu gün Milli Məclisdə aparıcı KİV rəhbərləri ilə görüş zamanı söyləyib.

O deyib ki, Milli Məclisin bəzi deputatları, komitə üzvləri əsas verməsə, jurnalistlər heç zaman onları tənqid etməzlər:

“Sağlam tənqiddən qaçmaq lazım deyil. Milli Məclisdə hər hansı qanun layihəsi müzakirə və ya qəbul olunursa, bu məsələlərin ictimaiyyətə çatdırılması hər zaman mətbuatın diqqətində olmalıdır. Ona görə belə məqamlarda xahiş edirəm ki, bəzi deputatlara, komitə və parlamentlərarası dostluq qruplarının üzvlərinə çatdırın ki, sağlam fəaliyyət göstərən jurnalistlərdən qorxmasınlar. Əksinə, belə məqamlarda lazımi məsələləri, qanun layihələrini şərh edib, sərəncamlardan irəli gələn məsələləri ekspert kimi təhlil etsinlər. Buna zərurət var. Sağlam münasibət həm dövlət, həm də ictimaiyyətə xeyir gətirər”.

B.Quliyev qeyd edib ki, dövlət-mətbuat münasibətlərinin düzgün istiqamətdə qurulması və inkişafının bünövrəsi mərhum Prezident Heydər Əliyev tərəfindən qoyulub:

“Məhz ona görə də mətbuat Ulu Öndəri özünün dostu sayıb. Sağlam münasibətlər əsasında formalaşan dövlət və mətbuat münasibətləri bu gün çox yaxşı məcrada inkişaf edir. Cənab Prezident İlham Əliyev də dəfələrlə mətbuat rəhbərləri, Mətbuat Şurasının idarə heyətinin üzvlərini qəbul edib, mətbuata olan iradlarını birbaşa özü səsləndirib, bu sahədə olan problemlərlə yaxından maraqlanıb. Bunun nəticəsidir ki, bu gün dövlətin əsas qanadlarından olan parlamentdə geniş görüş keçirilir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm