Bahar Muradova: “Ayrı-ayrı media orqanlarında söyüş kampaniyaları aparılır”
Bizi izləyin

Sosial

Bahar Muradova: “Ayrı-ayrı media orqanlarında söyüş kampaniyaları aparılır”

"Biz burada qeydiyyatdan keçən jurnalistlərin Milli Məclisin işinə bələd olmaları üçün treninqlər keçməsinə hazırıq”.

“İndiyədək “Kütləvi informasiya vasitələri haqqında” qanunda mövcud olmayan bir sıra məqamlar müzakirə olunaraq, Milli Məclisin növbəti plenar iclaslarından birində müzakirəyə çıxarıla bilər”.

Publika.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova bu gün parlamentdə aparıcı KİV nümayəndələri ilə keçirilən görüşdə çıxışı zamanı bildirib.

B.Muradova deyib ki, müəyyən dəyişikliklər qəbul olunduqdan sonra bu sahənin statusu ilə bağlı anlaşılmazlıqlar aradan qalxacaq:

“Bundan sonra hər bir internet resursunun statusu məlum olacaq. Mətbuat Şurasının və digər qurumların fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur. Bu sahədə sadəcə məsləhətləşmələrə ehtiyac var. Milli Məclis mətbuatla bağlı problemlərin aradan qaldırılması üçün daim axtarışdadır. Parlament jurnlaistlərinin ixtisaslaşdırılması layihəsi üzərində işləmək olar. Biz burada qeydiyyatdan keçən jurnalistlərin Milli Məclisin işinə bələd olmaları üçün treninqlər keçməsinə hazırıq”.

Vitse-spiker qeyd edib ki, hərbi jurnalistika ilə bağlı mövcud boşluqların aradan qaldırılması üçün də qanunvericiliyə dəyişiklikliyin edilməsi mümkün ola bilər:

“Deputatların fəaliyyəti ilə bağlı yeni mexanizmlərin düşünülməsinə ehtiyac yoxdur. Bu məsələdə ən ağır mexanizm cəmiyyətin qınağıdır. Ayrı-ayrı media orqanlarında söyüş kampaniyaları aparılır. Bu da ayrı-ayrı mətbuat nümayəndələrini adekvat olmayan hərəkətlərə vadar edir. Bunun bir tərəfi peşə eqoizmi, məlumatda önə çıxmaq, eksklüziv məlumat yaymaq həvəsi ilə bağlıdırsa, digər tərəfi də mənəviyyata bağlı olmalıdır. Bunu heç kim inkar edə bilməz”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm