Sosial siyasətin keyfiyyəti mövzusunda təlim keçirildi - - FOTO
Bizi izləyin

Sosial

Sosial siyasətin keyfiyyəti mövzusunda təlim keçirildi - - FOTO

Sosial siyasətin keyfiyyəti mövzusunda təlim keçirildi.

Samux rayonunda Avropa İttifaqı tərəfindən maliyyələşən və BMT İnkişaf Proqramının (UNDP) dəstəyi ilə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən icra olunan Sosial İnkişaf Naminə Alyans: Azərbaycanda Sosial Siyasətin Keyfiyyəti, Effektivliyi və Şəffaflığının Artırılması layihəsi çərçivəsində Samux rayonu icra hakimiyyətinin, DSMF, Bələdiyyə, QHT, KİV və eyni zamanda ünvanlı sosial yardım almaqda maraqlı olan insanların iştirakı ilə fevralın 17-də təlim təşkil olunub.

Publika.az xəbər verir ki, təlimdə Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov “Ünvanlı sosial yardım institutunun sosial hüquqların qorunmasında əhəmiyyəti “ mövzusunda təqdimat etmişdir. O, sosial sahədə mövcud qanunvericilik barədə təlim iştirakçılarına məlumat verdi. Təlim iştirakçıları onları maraqlandıran suallarla müraciət etdilər.

Qaldırılan əksəriyyət suallar sistemə sənədlərin yüklənə bilməməsi ilə bağlı idi.

Qeyd olundu ki, sistemə sənədlərin yüklənməsi üçün müraciət olunarsa, həmin vətəndaşa köməklik göstəriləcəkdir.

Təlimdə qaldırılan suallara Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin, DSMF rayon şöbəsin nümayəndələri qaldırılan sualları cavablandırdılar.

Təlim zamanı 3 fokus qrup yaradıldı. Hər bir qrupun təqdimatı üçün suallar müəyyənləşdirildi. Qrup üzvləri müəyyən vaxt ayırmasından sonra öz təqdimatlarını etdilər. Qrup üzvləri təqdimat zamanı biri digərinə müxtəlif suallar verdi və bu da onların etdiyi təqdimatın daha da maraqlı olmasına səbəb oldu. Təlimin sonunda iştirakçılar təlimi qiymətləndirdilər.

Təlimdən sonra iştirakçılar üçün nahar yeməyi təşkil olundu. Təlim çox işgüzar bir şəraitdə keçirildi. Təlimdə 23 nəfər iştirak etmişdir.

Layihə öz icrasını uğurla davam etdirir. (Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm