Sosial
İşlə təmin olunmamış qaçqın və məcburi köçkünlərlə bağlı YENİ QƏRAR
İşlə təmin olunmamış qaçqın və məcburi köçkün səhiyyə işçilərinin orta aylıq əmək haqqının saxlanıldığı dövr fasiləsiz əmək stajına daxil edilməyəcək.
Səhiyyə Nazirliyinin Kollegiyası "Fasiləsiz əmək stajına görə
əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək
stajının hesablanması Qaydaları"nı təsdiq edib.
Publika.az APA-ya
istinadən xəbər verir ki, yeni Qaydalarının təsdiq edilməsi ilə
əlaqədar "Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ
verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması
Qaydaları"nın təsdiq edilməsi haqqında" Səhiyyə Nazirliyinin
15.09.2005-ci il tarixli 104 nömrəli əmri ləğv edilib.
Fevralın 16-dan qüvvəyə minən yeni Qaydalar Nazirlər Kabinetinin 9
yanvar 2004-cü il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş
"Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi
sistemi, növləri və məbləği"nə uyğun olaraq hazırlanıb və fasiləsiz
əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə
işçilərinin fasiləsiz əmək stajının hesablanması qaydasını müəyyən
edir. Qaydalara əsasən fasiləsiz əmək stajına görə əlavə haqq
işçiyə bu əlavəni almaq hüququ verən vəzifədə (peşə) çalışdıqda
ödənilir. Səhiyyə işçilərinin fasiləsiz əmək stajına müvafiq peşə
və vəzifələrdə fasiləsiz faktiki işlədikləri dövrlər daxildir. Eyni
zamanda fasiləsiz əmək stajına aşağıdakı dövrlər də daxil
edilir:
- xidməti borcun yerinə yetirilməsi ilə əlaqədar hərbi və ya
alternativ xidmət dövrü;
- hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün
hərbi və xüsusi toplantılarda və səlahiyyətləri daxilində
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət
Xidmətinin yerli idarə və şöbələrinin cəlb etdiyi digər hərbi
tədbirlərdə iştirak dövrü;
- beynəlmiləl borcun yerinə yetirilməsi ilə əlaqədar xidmət
dövrü;
- 1941-1945-ci illərdə SSRİ Silahlı Qüvvələrində (habelə müharibə
qurtardıqdan sonra), partizan dəstələrində xidmət dövrü, eləcə də
müharibə illərində hərbi qulluqçunun əsir olduğu dövr (Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin
yerli idarə və şöbəsinin arayışı olduqda);
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi zamanı Azərbaycan silahlı
qüvvələrində, daxili işlər, dövlət təhlükəsizliyi və xarici
kəşfiyyat orqanlarında xidmət dövrü;
- əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
- qanunsuz və ya əsassız əmək müqaviləsinə xitam verilmiş işçinin
işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanunu qüvvəyə
minmiş qətnaməsi (qərarı) əsasında məcburi işburaxma dövrü;
- ödənişli məzuniyyət dövrü;
- sosial məzuniyyət, eləcə də uşağa qulluq üçün verilən qismən
ödənişli sosial məzuniyyət dövrü;
- əmək qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və müddətlərdə
işçiyə verilən ödənişsiz məzuniyyət dövrü və işəgötürənlə işçinin
qarşılıqlı razılığı ilə üç aydan çox olmayan müddətə verilən
ödənişsiz məzuniyyət dövrü;
- əmək qanunvericiliyinə uyğun olaraq işçinin iş yerinin və orta
əmək haqqının saxlanıldığı hallardakı dövrlər.
Fasiləsiz əmək stajı aşağıdakı hallarda saxlanılır, lakin bu
dövrlər fasiləsiz əmək stajına daxil edilmir:
- özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş
və işlə təmin olunmamış qaçqın və məcburi köçkünlərin
qanunvericiliyə uyğun olaraq orta aylıq əmək haqqının saxlanıldığı
dövr;
- xidməti funksiyaların yerinə yetirilməsi ilə əlaqədar dövlət
tərəfindən xarici ölkəyə işləməyə göndərilmiş şəxsin arvadının (və
ya ərinin) xarici dövlətdə olduğu müddət;
- elmi yaradıcılıq və təhsil müddətləri və bu müddət bitdikdən
sonra qanunvericiliklə verilən tətil müddəti; müəssisə ləğv
edilərkən, müəssisədə işçilərin sayı və ya ştatlar ixtisar
edilərkən, eləcə də fasiləsiz əmək stajı saxlanılan hər hansı bır
müddət bitdikdən sonra işçinin iş axtaran və ya işsiz vətəndaş kimi
məşğulluq orqanlarında qeydiyyatda olduğu dövr;
- stajkeçmə, ordinatorluq, internatura, bakalavriat və rezidentura
dövrləri.
Səyyar təcili tibbi yardım stansiyalarının (bölmələrinin) orta tibb
heyəti vəzifələrindən çağırışların qəbulu və onların səyyar
briqadalara ötürülməsi üzrə feldşer (tibb bacısı) və yaxud təcili
yardım yarım stansiyasının böyük feldşer vəzifələrinə keçirilmiş
işçilərinə keçmə anına kimi fasiləsiz əmək stajına görə ödənilən
əvvəlki əlavə haqq saxlanılır. Həmin işçilər fasiləsiz əmək stajına
görə əlavə haqq almaq hüququ verilən peşə və vəzifələrə
keçirildikdə (təyin edildikdə) onların əvvəlki fasiləsiz əmək stajı
saxlanılır, lakin səyyar təcili tibbi yardım stansiyalarının
(bölmələrinin) feldşeri (tibb bacısı) və yaxud təcili yardım
yarımstansiyasının böyük feldşeri vəzifəsindəki əmək stajı əlavə
haqq almaq hüququ verən fasiləsiz əmək stajına daxil edilmir. İşçi
fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən bir
vəzifədən (peşədən) digər vəzifəyə (peşəyə) keçərkən üç aydan çox
müddətə fasiləyə yol verərsə və yaxud 1941-1945-ci illərdə SSRİ
Silahlı Qüvvələrində (habelə müharibə qurtardıqdan sonra), partizan
dəstələrində xidmət dövrü, eləcə də müharibə illərində hərbi
qulluqçunun əsir olduğu və Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi
zamanı Azərbaycan silahlı qüvvələrində, daxili işlər, dövlət
təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında xidmət dövrlərdən
sonra üç aydan çox müddətə heç bir üzrlü səbəb olmadan
(xəstələnməsi, təbii fəlakət, fövqəladə vəziyyət və s. analoji
hallar) fasiləyə yol verərsə fasiləsiz əmək stajı saxlanılmır.
Fasiləsiz əmək stajına hüquq verən əmək stajı işçinin əmək
kitabçasında edilən qeydlərə və ya zəruri hallarda iş yerindən
verilmiş arayışlara əsasən müəyyən edilir.
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək