Şəkidə keçilməz küçə - Uşaqlar əziyyət çəkirlər - - FOTO/VİDEO
Bizi izləyin

Sosial

Şəkidə keçilməz küçə - Uşaqlar əziyyət çəkirlər - - FOTO/VİDEO

Sakinlər dəfələrlə şəhər bələdiyyəsinə müraciət edərək problemin həll olunmasını istəyib.

Şəkinin 95-ci kvartal, Hikmət Ziya küçəsindən gün çıxanda tozdan, yağış, qar yağanda da palçıq əlindən keçmək mümkün olmur. Hamıya rəhmət olan su, bu küçənin sakinlərinə əməlli-başlı zəhmət olub.
Publika.az xəbər verir ki, söhbət Şəkinin Hikmət Ziya küçəsinin yolundan gedir.
Ərazidə 17 saylı məktəbin yerləşməsi səbəbindən yoldan istifadə edənlərin sayı da çoxdur. Hər gün bu yoldan ən az iki dəfə keçmək məcburiyyətində qalan azyaşlı uşaqlar problemi daha çox yaşayır. Hətta bəzi valideynlər uşaqları üçün məktəbə 2 ayaqqabı aparır.
Sakin: "Nəvələrimi məktəbə apara bilmirəm. Hər gün geyindirib aparırıq gələndə palçıqdan çıxa bilmirlər. Yıxılıb gəlirlər, hər gün xəstələnirlər".
Sakinlər dəfələrlə şəhər bələdiyyəsinə müraciət edərək problemin həll olunmasını istəyib. Ancaq problemin aradan qaldırılması istiqamətində iş aparılmayıb.
Məsələ ilə bağlı Şəki Bələdiyyəsindən isə bildirildi ki, həmin ərazidə bir neçə küçə daha var ki, bu vəziyyətdədir. İl ərzində şəhər ərazisindəki bəzi küçələrdə təmir işlərinın aparılması nəzərdə tutulur. Hikmət Ziya küçəsi də həmin siyahıdadır.
Qarşıdan yaz yağışları mövsümünün gəldiyini nəzərə alsaq sakinlər üçün bu yoldan istifadə daha da mümkünsüz olacaq. İndi sakinlərin ancaq ümidləri ona qalıb ki, növbəti yağıntılar dövrünəcən məsələnin öz həllini tapması üçün dua etsinlər. (ARB Şəki)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm