Yasamaldakı "dəmir yağışı"nın səbəbi nədir? - - VİDEO
Bizi izləyin

Sosial

Yasamaldakı "dəmir yağışı"nın səbəbi nədir? - - VİDEO

"Yəqin ki, Şərifzadə küçəsində yerləşən sözügedən binanın inşası zamanı da məsuliyyətsiz yanaşma halları olub”.

Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov paytaxtın Şərifzadə küçəsi 196 ünvanında yerləşən binanın damındakı dağıntı ilə bağlı məsələyə münasibət bildirib.

S.İslamov Publika.az-a deyib ki, hazırda sözügedən bina ilə bağlı araşdırma aparılır.

Onun sözlərinə görə, həmin binada təhlükəsizlik qaydalarının pozulması halları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

O həmçinin qeyd edib ki, sözügedən binada dam örtüyünün quraşdırılması qanunsuz deyil:

“Həmin binanın layihəsində yüngül konstruksiyalı dam örtüyünün quraşdırılması nəzərdə tutulub. Ona görə də həmin binanın üzərinə dam örtüyünün quraşdırılması qanunsuz deyil. Sadəcə olaraq, binanı inşa edən şirkət təhlükəsizlik tədbirlərini nəzərə almayıb və dam örtüyünün quraşdırılması zamanı keyfiyyətsiz işlər görüb. İcra Hakimiyyəti bina inşasına icazə verirsə, bu o demək deyil ki, istənilən formada tikilməlidir. Müvafiq sərəncam və tikinti qaydaları olur, onlara əməl etmək lazımdır. Yəqin ki, Şərifzadə küçəsində yerləşən sözügedən binanın inşası zamanı da məsuliyyətsiz yanaşma halları olub”.

S.İslamov qeyd edib ki, sözügedən binanın dam örtüyünün uçması nəticəsində vətəndaşlara maddi ziyan da dəyib:

“Hazırda dəyən ziyanın miqdarı və digər məsələlərlə bağlı araşdırmalar aparılır. Günahkar şəxslər mütləq cəzalandırılmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm