Mikayıl Müşfiqin büstü dağıdıldı - - FOTO
Bizi izləyin

Sosial

Mikayıl Müşfiqin büstü dağıdıldı - - FOTO

Mədəniyyət və Turizm Nazirliyi büstün “Azəravtoyol”un əməkdaşları tərəfindən dağıdılmasına aydınlıq gətirib.

Mədəniyyət və Turizm Nazirliyi görkəmli şair Mikayıl Müşfiqin büstünün “Azəravtoyol”un əməkdaşları tərəfindən dağıdılmasına aydınlıq gətirib.

Nazirliyin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vüqar Şıxəmmədov AzNews.az-a açıqlamasında bildirib ki, Mükayıl Müşfiqin büstünün götürülməsi Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmadan həyata keçirilib:

“Gələcəkdə bu və ya digər buna oxşar proseslərin həyata keçirilməsi zamanı müvafiq qanunvericiliyə əsasən Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmalıdır.”

“Azəravtoyol” ASC apardığı yenidənqurma işləri ilə əlaqədar görkəmli şair Mikayıl Müşfiqin büstünü dağıdıb. Qurum isə şairin büstünün dağıdılmasının yalan olduğunu və hazırda onun anbarda olduğunu bildirib.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli büstün müvəqqəti olaraq oradan götürdüyünü, işlər yekunlaşandan sonra büstün əraziyə yenidən qaytarılacağını bəayn edib.

***

Azərbaycan şairi Mikayıl Müşfiqin Bakıdakı büstü dağıdılıb.

Büst Nəriman Nərimanov və İnşaatçılar prospektlərinin kəsişməsində yerləşən parkda qoyulmuşdu.

İlkin məlumata görə, bu addım "Azəravtoyol" ASC tərəfindən, yol təmiri ilə bağlı atılıb.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti"nin rəisi Zakir Sultanov sözügedən sayta bildirib ki, büst onlardan icazə alınmadan ərazidən götürülüb. (qafqaqzinfo)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm