"Qaçqınkom" 520 min nəfərlik siyahı tərtib edib
Bizi izləyin

Sosial

"Qaçqınkom" 520 min nəfərlik siyahı tərtib edib

"Sayğac və təbii qaz olmayan yerlər artıq dəqiqləşib".

"Məcburi köçkünlərin adlı siyahılarını artıq toplamışıq. Sayğac və təbii qaz olmayan yerlər artıq dəqiqləşib".

Publika.az xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bəzi məcburi köçkünlərin kommunal xidmətləri ilə bağlı müəyyən problemlər yaşaması hallarına münasibət bildirərkən deyib.

Ə.Həsənov artıq bu məsələ ilə bağlı heç bir problem qalmadığını bildirib:

"Artıq siyahıları toplamışıq, 520 min nəfərlik siyahı təqdim edilib. Təbii ki, bu cür dəqiqləşmələr mütəmadi olaraq aparılacaq. Yerdəyişmələr olduğu üçün hər ay dəqiqləşmələr həyata keçirilir. 3-5 nəfərin məsələsində müəyyən gecikmələr ola bilər. Burada heç bir problem yoxdur, əgər müraciət obyektivdirsə, ona dərhal baxılır və bərpa edilir. Yox, qeyri-obyektiv olarsa, ona da dərhal izahat verilir və məsələ bitir”.

Ə.Həsənov onu da vurğulayıb ki, qaz və sayğac olmayan yerlərdə ödənişlər əvvəlki qaydada aparılacaq, olan yerlərdə isə vətəndaşlar müavinətlərini alıb özləri ödəyəcəklər.

“Cənab Prezident qaz və sayğac olmayan yerlərdə qazlaşma işlərinə başlanılsın, bu tapşırıq artıq icra olunur”.

O, məcburi köçkünlərin fevral-mart ayı üçün olan müavinətlərinin Novruz bayramı ərəfəsində veriləcəyini də deyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm