• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

“Dedi ki, heykəli sökməyi Hacıbala Abutalıbovla razılaşdırmışam, sərəncamı var” - QALMAQAL

  • Sosial
  • 3 Mart 2017 15:52
  • 921 Baxış
“Dedi ki, heykəli sökməyi Hacıbala Abutalıbovla razılaşdırmışam, sərəncamı var” - QALMAQAL

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov şair Mikayıl Müşfiqin Bakının İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə yerləşən heykəlinin “Azəravtoyol” ASC tərəfindən necə söküldüyünü danışıb.

Zakir Sultanov APA-ya müsahibəsində deyib ki, Müşfiqin heykəlinin sökülməsindən bir həftə əvvəl “Azəravtoyol” Səhmdar Cəmiyyətindən ona zəng vurublar. Bildiriblər ki, Müşfiqin heykəlini sökmək istəyirlər, nazirlik bu barədə nə fikirləşir.

Sitat: “Dedilər, bir çox dövlət orqanları ilə razılaşdırmışıq, sizinlə də razılaşdırmalıyıq. Mən dedim, əvvəla, siz birinci bizimlə razılaşdırandan sonra başqa dövlət orqanları ilə danışa bilərdiniz. Dedim, nə mənim rəhbərim cənab Əbülfəs Qarayev, nə də mən buna razı ola bilmərik. Yəni qəti etiraz edirik, heykələ toxunmayın. Əgər çox vacibdirsə, layihəni göndərin, baxaq, ölkə rəhbərliyinə göstərək, memarlarla müzakirələr aparaq, sonra çözüm yolu tapaq. Dedilər, yaxşı. Söhbət bitdi. Fevralın 27-də səhər bizim müfəttişliyin rəisi Etibar Axundov zəng vurdu ki, Müşfiqin abidəsini dağıdıblar”.

Zakir Sultanov bildirib ki, nazirliyin müfəttişləri dərhal heykəlin sökülməsini yerində aktlaşdırıb, şəkillərini ona göndəriblər. “

“Əvvəlcə nazir Əbülfəs Qarayevə məlumat verdim. Daha sonra “Azəravtoyol”un rəhbəri ilə danışdım. Mənə dedi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla məsələni razılaşdırıb, sərəncamı var. Mən Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə danışmışdım, gördüm, məsələdən xəbəri yoxdur. Hacıbala müəllimlə telefonla danışdım, məlum oldu, heykəlin götürülməsindən onun da xəbəri yoxdur. Hacıbala müəllimə müraciət olunub, amma o, razılıq verməyib”-Zakir Nuriyev deyib.

Dövlət Xidmətinin rəisi bildirib ki, həmin vaxt artıq məsələ mətbuata çıxmışdı və müzakirələr aparılırdı. Onun sözlərinə görə, məsələyə ən doğru qiyməti cənab prezidentimiz verdi. “Xalqımız gördü ki, ölkə başçısı düzgünlüyün, ədalətin yanındadır. Müşfiqin heykəli bir ay müddətində bərpa olunacaq”-Zakir Nuriyev bildirib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>