Zorakılığa məruz qalmış uşaqların sayı açıqlandı
Bizi izləyin

Sosial

Zorakılığa məruz qalmış uşaqların sayı açıqlandı

2010-cu ildə Azercell Telekom MMC-nin dəstəyi ilə yaranan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti 6 illik hesabatını açıqlayıb. Fəaliyyət göstərdiyi bu illər ərzində Qaynar xəttə ümumilikdə 18.140 zəng daxil olub ki, onlardan 2163-ü hüquqi, 3583-ü psixoloji, 453-ü səhiyyə , 4757-si təhsil, 6137-si sosial, 1047-si isə digər müraciətlərlə bağlı olub. Bu müraciətlərdən 12.045-i şəhərdaxili, 5778-i mobil, 152-si mobil-sms, 165-i isə elektron məktubla edilib. Təkcə 2016-cı il yanvar-dekabr ayları ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 3516 zəng daxil olub.

Qeyd edək ki, “Uşaq Qaynar Xətt” xidmətinə zorakılıqla bağlı 987 müraciət daxil olub. Müraciətlərə əsasən zorakılıq qurbanı olmuş uşaqlar aşağıdakı təsnifat üzrə qeydiyyata alınıblar:

  • Psixoloji zorakılığa məruz qalmış uşaq və gənclər – 486 nəfər
  • Fiziki zorakılığa məruz qalmış uşaq və gənclər – 30 nəfər
  • Cinsi zorakılığa məruz qalmış uşaq və gənclər – 11 nəfər
  • Etinasızlığa məruz qalmış uşaq və gənclər – 460 nəfər

bağlı “Qaynar Xətt”ə müraciət edənlərin 571 nəfəri qız, 416 nəfəri isə oğlan olub. 2014-cü ildə “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin tərkibində yaranan “Gəncə Regional Uşaq Qaynar Xətt” xidməti də uğurlu fəaliyyəti ilə seçilib. Belə ki, 2 il ərzində “Gəncə Regional Uşaq Qaynar Xətt” xidmətindən 926 uşaq yararlanıb ki, bunun da 353-ü 2016-cı ilin payına düşür.

“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti 2016–cı ildə həyata keçirdiyi layihələrlədə diqqət çəkib. Bakıxanov qəsəbəsi 252 və 96 nömrəli məktəbdə maarifləndirmə görüşündə, Beynəlxalq TİSA məktəbinin Xeyriyyə Yarmarkasında, Yasamal rayonu 173 nömrəli məktəbin rəhbərliyi tərəfindən təşkil edilmiş "Narkomaniya və QİÇS-ə qarşı mübarizə" adlı tədbirində iştirak etməklə “Uşaq Qaynar Xətt"-i uşaqlara dəstək olub.

“Uşaq Qaynar Xətt” xidmətinin uğurlu işlərindən biri də 2016-ci ilin noyabrında “Uşaq Qaynar Xətti Mobil Əlavəsi”nin istifadəyə verilməsidir. Xidmətin bu əlavəsinin artıq aktiv istifadəçiləri var. Bu yaxında tətbiqin İOS platformasında çalışan qurğular üçün nəzərdə tutulan versiyası da istifadəyə veriləcək.

Məlumat üçün bildirək ki, “Uşaq Qaynar Xətt”-in əsas məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətindən daha çox dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, kobud rəftara məruz qalmış, fiziki və əqli qüsurlu qaçqın və məcburi köçkün uşaqlar istifadə edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm