Sosial
"Balam 2 oturacağın arasında qalıb, beyni partlayıb" - Qəzada ölən nişanlı qızın anası FƏRYAD ETDİ - - FOTO/VİDEO
Artıq toy gününü də təyin etmişdilər: aprelin 26-da toyu
olacaqdı. Əyninə gəlinlik paltarı geyinib, başına duvaq örtəcək,
sevgilisinə qovuşacaqdı. Atası cehizini ər evinə yola salmış,
Rozaya gəlin otağı bəzənmişdi.
Amma əcəl aman vermədi. Dünən, mart ayının 9-da səhər dərsə gedən
Roza Bakı-Sumqayıt yolunda şütüyən qırmızı Əzrayılın qurbanı oldu.
20 yaşında həyatı ilə vidalaşan Rozanın qəfil ölüm xəbəri
əzizlərinin, doğmalarının belini bükdü. Roza Muradovanın cənazəsi
Hövsan qəsəbəsindəki baba ocağından son mənzilə yola salınacaq.
Dəhşətli mənzərədir. İnsanın qanı donur. Rozanın anası onun
ölümündə özünü qınayır. Büllurə xanım deyir ki, qızı həmin gün heç
dərsə getmək istəmirmiş.
– Günahkar mənəm, bala. İki dəfə səslədim ki, qızım dur,
gecikərsən. Dedi, nəsə getmək istəmirəm. Könülsüz qalxdı. Mənə dedi
ki, ay ana, bayramın səhərisidi, gəl de görüm, nə geyinim ki,
qəşəng görünüm. Dedim ay qızım, sən onsuz da gözəlsən, nə geyinsən
yaraşacaq. Düz 1saat sonra atasına zəng etdilər ki, qızınızın
olduğu avtobus qəzaya uğrayıb, Roza yaralanıb. Yoldaşımla başılovlu
çıxdıq. Sən demə, bədbəxt balam, iki oturacağın arasında sıxışıb
qalıb, beyni partlayıb”.
Əmisinin yoldaşı Aydanə gözyaşları içərisində Rozadan danışır:
“O, mələk kimi qız idi, elə mələk kimi də uçub getdi. Deyib-gülən,
zarafatcıl, həyat eşqi ilə yanan bir qız idi Roza… Xətrini o qədər
çox istəyirdik ki, onu görəndə həmişə gülürdük. Həmişə xoşbəxt
gələcək barəsində düşünürdü. Deyirdi, institutu qurtarıb işləyəcəm,
gözəl ailəm, övladlarım olacaq. Yazıq bala, arzuları ürəyində
qaldı. Atası dünəndən ruh kimidir. Deyir ki, məni də qızımla
bərabər basdırın”.
Doğmaları Rozadan ayrıla bilmir. Tükürpədən mənzərəni gözyaşlarsız
seyr etmək mümkün deyil. Cənazənin altına bəy otağı qara bəzənən
Zakir girib. 17 yaşlı İsa isə bundan sonra dünyalar qədər sevdiyi
bacısının – Cənnət quşu Rozanın şəkilləri ilə yaşayacaq. Ruhu şad
olsun.
(yeniçağ)
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı