Onlayn ticarət zamanı diqqətli olun! - Bu səhifə vasitəsilə insanlar aldadılır - - VİDEO
Bizi izləyin

Sosial

Onlayn ticarət zamanı diqqətli olun! - Bu səhifə vasitəsilə insanlar aldadılır - - VİDEO

Don, yupka, şalvar, köynək, ayaqqabı və daha nələr-nələr...

"Fashiondeal" adlı İnstagram səhifəsində insanların pulu mənimsənilir.

"Xəzər Xəbər”in votsap nömrəsinə daxil olan şikayət əsasında məsələni araşdırmağa başladıq. Səhifədə qeyd olunan Türkiyə nömrəsi ilə qeydiyyatdan keçilən votsap nömrəsinə yazdıq. Özümüzü müştəri kimi qələmə verib paylaşılan paltarlardan birini sifariş verdik.

Heç bir problemin olmadığını bildirən şəxs, əvvəlcə ödəmənin həyata keçirilməli olduğunu bildirdi. Məşhur banklardan birinin adını çəkən səhifə sahibi, daha sonra ödəniş qəbzini ona göndərməyi tələb etdi. Yalnız bundan sonra kargonun həyata keçiriləcəyini bildirdi.

"Tutaq ki, pulu ödədim, bəs hardan əmin olacam ki, siz paltarı göndərəcəksiniz?" sualımı isə cavavsız qaldı.... Zəmanət vermədiyini görüb ona başqa bir təklif etdik. Türkiyənin hansı şəhərində olduğunu soruşduq ki, bəlkə qonşu şəhərlərə göndərə. Bütün təkidlərimizə baxmayaraq o, şəxsi məlumatlarını verməkdən boyun qaçırdı.

Özünü ifşa etdiyini görən şəxs, bu dəfə əsəsbiləşərək "30 manata görə" məsələni uzatmayaq deyərək söhbəti yekunlaşdırdı. Görünür, 77 mindən çox izləyici olan şəxsə inananlar və pul xərcləyənlərin sayı az deyil. Sosial şəbəkələrdə elektron ticarət o qədər məşhurlaşıb ki, belə səhifələrin sayı yüzlərlədir.

Mütəxəssislər isə sifariş verməzdən əvvəl diqqətli olmağı məsləhət görürlər. Şəxsi məlumatların olmadığı səhifələrdən onlayn alqı-satqı həyata keçirilməməlidir. Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, fırıldaqçılığa məruz qalan şəxs, bütün məlumatlarla yanaşı yazışmaları da götürərək məhkəməyə təqdim etməlidir. Xarici vətəndaş olub-olmasından asılı olmayaraq onun məsuliyyətə cəlb olunaması həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm