Bakıda turistləri Tarix Muzeyinə buraxmadılar - İş günü qapıları bağladılar
Bizi izləyin

Sosial

Bakıda turistləri Tarix Muzeyinə buraxmadılar - İş günü qapıları bağladılar

Turistlər nəyə görə tariximizlə tanış ola bilməməlidirlər?

Paytaxt Bakıya turistlərin axın etdiyi bir zamanda Milli Azərbaycan Tarix Muzeyinin qapılarına qıfıl vurulub.

Bu barədə Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib. Cəmiyyət sədri Bakıda keçirilən tədbir üçün Qazağıstandan gələn professor-müəllim və tələbə heyətini şəhərimizin görməli-gəzməli yerləri ilə tanış etdiklərini bildirib. O, qonaqların Azərbaycan tarixi ilə yaxından tanış olmaları üçün Milli Azərbaycan Tarix Muzeyinə də getdiklərini, ancaq iş günü olmasına baxmayaraq muzeyin qapılarının bağlı olduğunu deyib:

"27 mart tarixində bizim tur rəhbərləri və təşkilatçılar qonaqlarla birlikdə muzeyə gediblər. Ancaq o gün muzeyin işləmədiyi bildirilib. Bir gün sonra martın 28-də nahar fasiləsindən sonra yenidən gediblər. Bu dəfə isə muzeyin təmizliyə görə qapadıldığı bildirilib. Kamera görüntüləri də var. Açılsın və görünsün ki, həqiqətən bu qədər turistin ölkəmizə təşriv buyurduğu bir ərəfədə nəyə görə muzey işləməyib. Maraqlıdır, Azərbaycan tarixini onlar xarici qonaqlardan niyə gizlətmək istəyirlər? Turistlər nəyə görə tariximizlə tanış ola bilməməlidirlər?".

Məsələ ilə bağlı muzeylə əlaqə saxladıq. Muzeydən portalımıza verilən məlumata görə, yalnız bayram günlərində iki gün çalışmadıları qeyd edilib. 23-dən etibarən isə muzeyin fəaliyyətdə olduğu bildirilib. (azxeber.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm