Xəzərdə QASIRĞA TƏHLÜKƏSİ: Neftçilərin təxliyəsi başladı (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

Xəzərdə QASIRĞA TƏHLÜKƏSİ: Neftçilərin təxliyəsi başladı (YENİLƏNDİ)

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.

31 mart - 1 aprel tarixlərində hava şəraitinin kəskin pisləşəcəyi, açıq dənizdə arabir 35-38 m/s-dək küləyin müşahidə edələcəyi ilə bağlı xəbərdarlığı əsas tutaraq dənizdə əməyin mühafizəsi gücləndirilib.

“Azneft”İstehsalat Birliyindən Publika.az-a verilən məlumata görə, fırtına ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə, Azneft İB-nin bütün işçilərinə təlimatlar verilib.

“Qəza və fəsadların baş verməməsi üçün növbədə olan zəruri işçilərdən başqa, bütün həmkarlarımız estakada və neft-qaz yığım məntəqələrindən təxliyyə edilib. Birliyin struktur təşkilatlarında həmin günlərdə növbətçilik təşkil olunub. Bundan əlavə, dəniz neft-qazçıxarma obyektlərində işçilərin gediş-gəlişi məhdudlaşdırılıb, qaldırıcı qurğular təhlükəsiz vəziyyətə gətirilərək, işləri dayandırılıb, kəskin hava şəraitində təhlükə yarada bilən işlərin görülməsi qadağan edilib”- deyə məlumatda bildirilib.

***

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində elan olunan qasırğa ilə əlaqədar bir sıra obyektlərdən işçilərin təxliyəsini həyata keçirir.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, işçilərin təxliyəsi artıq başlayıb: “İş yerlərində yalnız operatorlar qalacaq. Bu yolla da neft və qaz hasilatı dayandırılmayacaq”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm