Sosial
Milli Məclisdə deputatlar arasında MÜBAHİSƏ
Azərbaycan Milli Məclisinin Reqional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputatlar arasında mübahisə düşüb.
“Report”un xəbərinə görə, iclasda “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunun layihəsinin müzakirəsi zamanı Fəzail İbrahimli deyib ki, bu qanun layihəsi ətrafında suallar bilgisizlikdən ortaya çıxır: “Bu qanun layihəsi normal şəkildə hazırlanıb. Əgər oxusanız, görərsiniz ki, sualların cavabı burada əksini tapıb. Cəza tədbirlərinin görülməsi ilə bağlı suallar daha çox verilir. Qanun layihəsində bu da əks etdirlib. Bələdiyyə üzvləri davranışlarında diqqətli olmalıdırlar”.
F.İbrahimlinin bu mövqeyi deputat Qənirə Paşayevanın etirazına səbəb olub. Qanun layihəsini tam oxuduğunu deyən deputat bəzi məqamlarla razılaşmadığını qeyd edib: “Qanun layihəsinin 17.2-ci maddəsindəki qeyd edilir ki, intizam tənbehi tətbiq edilərkən, bələdiyyə üzvünün şəxsiyyəti, nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Bu necə ola bilər. Hansısa bələdiyyə üzvü xəta törədibsə, burada nüfuz və peşəkarlıq nə rol oynaya bilər ki? Bu məqamla razı deyiləm. Qanun layihəsini də oxumuşam, qaranlıq məqamlarla bağlı da suallar vermişəm. Oxumağı da yaxşı bilirəm”.
F.İbrahimli isə deyib ki, qanun layihəsində o maddənin olmasını diqqətini çəkməyib.
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu