• USD 1,7025 0,00% EUR 1,8566 -0,33%
    • GBP 2,1909 +0,23% RUB 0,0299 -1,67%

Formula-1 yarışını işıqlandıracaq jurnalistlər üçün təlim keçirilir - FOTOLAR

  • Sosial
  • 21 Aprel 2017 16:14
  • 134 Baxış
Formula-1 yarışını işıqlandıracaq jurnalistlər üçün təlim keçirilir - FOTOLAR

Bu gün Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində Azərbaycanda Formula-1 yarışının təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) tərəfindən yerli media nümayəndələri üçün "Formula-1 yarışının ümumi qaydaları ilə nəzəri və praktiki tanışlıq” mövzusunda təlim keçirilib.

Publika.az xəbər verir ki, təlimin ilk günündə iştirakçılar Formula-1 dünya çempionatının keçirilmə qaydaları, yarışın idarə olunması və ona nəzarət edən heyətin, o cümlədən marşalların əsas vəzifələri, həmçinin çempionatla əlaqədar digər zəruri məqamlar haqqında nəzəri biliklər əldə edəcəklər.

Təlim çərçivəsində BŞH-nin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubunun nümayəndələrinin iştirakı ilə Avropa Oyunları Parkında yerləşən təlim trekində Formula-1 Qran-Pri yarışı simulyasiya olunacaq. Burada iştirak edən jurnalistlər yarışın idarə olunması və ona nəzarətlə əlaqədar praktiki biliklərə yiyələnəcək və qaydaların necə tətbiq olunduğunu müşahidə edəcəklər.

Tədbirdə çıxış edən BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib ki, sözügedən təlim media nümayəndələri üçün də xüsusi əhəmiyyət kəsb edir:

“Biz yerli jurnalistlərin Formula-1 yarışının incəliklərinə yiyələnmələri üçün mütəmadi olaraq təlimlər təşkil edirik. Şübhəsiz ki, dünya əhəmiyyətli Formula-1 çempionatını səhih və oxunaqlı şəkildə təqdim etmək üçün jurnalist ilk növbədə trekdə nə baş verdiyinə dərindən bilməlidir. Bu məqsədlə biz yarışın əsas reqlamentlərinə işıq salmaq üçün bilavasitə Bakı Marşal Klubunu təlimçi qismində işə cəlb edirik. Əhatə etdiyi mövzunun xüsusiyyəti baxımından bu dəfə keçirəcəyimiz təlim digərlərindən fərqlənir. Bu, Azərbaycan Qran-prisindən əvvəl keçirilən sonuncu irimiqyaslı təlimdir. Buna görə də Formula-1 ilə tanış olmaq istəyən bütün jurnalistləri bu fürsətdən yararlanmağa çağırıram”.

Tədbirdə iştirak edən Formula-1 yarışlarının azərbaycanlı marşalları da öz təcrübələrini jurnalistlərlə bölüşüblər.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR