“Valyutadəyişmə məntəqələrinin ləğvi turistlər üçün narahatlıq yaratmışdı”
Bizi izləyin

Sosial

“Valyutadəyişmə məntəqələrinin ləğvi turistlər üçün narahatlıq yaratmışdı”

“Valyutadəyişmə məntəqələrinin ləğvi həm turistlər, həm də vətəndaşlar arasında narahatlıqlara səbəb olmuşdu, müəyyən çətinliklər yaratmışdı. Əlbəttə, çox müsbət haldır ki, bu gün sözügedən qanuna dəyişiklik parlamentə təqdim olunur və yenidən valyutadəyişmə məntəqələrinin açılmasına şərait yaradır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisinin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Valyuta tənzimi haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanunun layihəsinin müzakirəsi zamanı bildirib.

Q.Həsənquliyevin sözlərinə görə, burada təqdirəlayiq hal vətəndaşlara bu qanundan yararlanmaq imkanlarının tanınması ilə bağlıdır:

“Ancaq qanunda lisenziyanın alınması üçün müraciət bəndi var. Əgər burada fiziki şəxslərə lisenziya verilməsi məsələsindən söhbət gedir. Burada dövlət qeydiyyatına alınması üçün şəhadətnamənin sürəti əvvəlcədən fiziki şəxsdən tələb olunur. Bəlkə buna lisenziya verilməyəcək. O zaman nə üçün bu adam vergi ödəyicisi kimi qeydiyyata durmalıdır? Mən çox istərdim ki, bu məsələyə aydınlıq gətirilsin.

Digər təklifim qanunun 13-1.2.3 bəndi ilə bağlıdır. Burada deyilir ki, ərizədə qeyd olunan obyektlərin hər birinin üzərində ərizəçinin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədin natarioat qaydada təsdiq olunmuş sürəti. Əgər bir adam lisenziya ala bilməyəcəksə, valyutadəyişmə məntəqəsi kimi istifadə edə biləcəyi obyekti yoxdursa, o zaman gedib nə üçün kiminləsə müqavilə bağlamalıdır, pul ödəməlidir? Hesab edirəm ki, bunun əvvəlcədən tələb olunması da doğru deyil. Ən azından lisenziyanın verilməsi ya iki mərhələdə həyata keçirilməlidir, ya da bunun tələb kimi qoyulması doğru sayılmır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm