FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə təlim keçirdi - - FOTO
Bizi izləyin

Sosial

FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə təlim keçirdi - - FOTO

Təlimə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 6 ədəd xüsusi texnikası və 55 nəfər canlı qüvvəsi cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə "Yanğınsöndürmə və xilasetmə işlərinin təşkili" mövzusunda xüsusi taktiki təlim keçirib.

FHN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, təlimin birinci mərhələsində şərti olaraq baş vermiş yanğının qarşısının alınması, otel personalı və qonaqların təxliyyəsi, onlara ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirmə məşğələsi keçirilib, yanğın təhlükəsizliyi haqqında broşurlar və plakatlar paylanıb.

Təlimin ikinci – praktik mərhələsində FHN DYMX-nin xüsusi texnikası və canlı qüvvəsi, həmçinin, Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarının iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, təxliyyə və ilkin tibbi yardım göstərilməsi üzrə məşqlər keçirilib.

Təlimə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 6 ədəd xüsusi texnikası və 55 nəfər canlı qüvvəsi cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm