İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı - VİDEO
Bizi izləyin

Sosial

İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı - VİDEO

O, Aşıqlar Birliyinə qərarı dəyişmək üçün yenidən müraciət edəcək.

Xəbər verdiyimiz kimi, Goranbaydakı iş adamı Qalib Mustafayevin itlərinin toyundan iştirak edən balaban ifaçısı Haqverdi Əliyev Azərbaycan Aşıqlar Birliyindən çıxarılıb.

"Xəzər Xəbər”ə danışan balaban ifaçısı Haqverdi Əliyev toyda bəy və gəlinin itlər olacağından xəbərsiz olduqlarını deyir. Amma toyda itlərə bəy tərifi demələrini də gülərək boynuna alır.

Haqverdi Əliyev ona qarşı olan iddiaların əsassız olduğunu deyir. O, Aşıqlar Birliyinə qərarı dəyişmək üçün yenidən müraciət edəcək.

İtlərə bəy tərifi deyən aşıq Şəmməd isə toyun normal bir mərasim olacağını zənn etdiyi üçün getdiyini deyir.

Toydakı əziyyətlərinə görə pul belə almadıqlarını deyən aşıqlar bu videonun yayılmasını onlara qarşı edilən təxribat olduğunu deyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm