Sosial
Bank Hacı İbrahimin avtomobilini satışa çıxardı - 900 min manata - - FOTO
Ölkə banklarına külli miqdarda borcu olan "Avesta Concern"-in rəhbəri, nehrəmli iş adamı kimi tanınan hacı İbrahim İbrahimova məxsus məşhur "Rolls Royce" markalı avtomobili də kreditdə imiş.
İş adamına yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına VTB bankdan kreditlə götürüb. Maşını almaq üşün 900 min dollar VTB bankdan kredit götürən hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib.
Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib. Məhz buna görə də bank iş adamının "Rolls Royce" markalı avtomobilini hərraca çıxarıb.
Onu da qeyd edək ki, İbrahim Nehrəmli bir müddət əvvəl Beynəlxalq Banka külli miqdarda borcu ilə gündəmə gəlmişdi. DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən iki günlük həbs edilən iş adamı bütün əmlakını banka girov qoyduğu üçün sərbəst buraxılıb. (gununsesi.info)
-
Ekologiya09:57
Rayonlara qar yağdı, şaxta oldu - FAKTİKİ HAVA
-
Region09:24
Almanlar Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədində görün nə edirlər - FOTO
-
Nida Xəbər 09:03
Mehriban Əliyevadan İlaxır çərşənbə ilə bağlı paylaşım - FOTO
-
Qoroskop08:34
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
-
Nəqliyyat08:22
Bakının bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:08
Səhər oyanan kimi 5 ədəd qoz yesəniz, görün nələr olacaq...
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir