“Artıq arvadınızı dostunuza verin” deyən axund DANIŞDI: "Belə bir şey olmayıb" - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

“Artıq arvadınızı dostunuza verin” deyən axund DANIŞDI: "Belə bir şey olmayıb" - VİDEO - (YENİLƏNDİ)

Peyğəmbər deyib ki, subay ölən şəxs mənim ümmətimdən deyil.

Mövzu ilə bağlı Heydər məscidinin Axundu Hacı Ələmdar A24.Az-a açıqlama verərkən qeyd edib ki, əslində həqiqət belədir: Peyğəmbər Məkkkədən Mədinəyə hicrət edəndə mühacirlər çətin vəziyyətdə olublar. Köməkçilərin də bir neçə arvadı olub. Həmin vaxtlar onlar arvadlarını boşayardılar ki, mühacirlərlə evlənsin”.

Axund bildirib ki, kiminsə belə bir sözü deməyə haqqı yoxdur. “İslam dinində belə bir şey olmayıb. Müəyyən qurumlar çıxışın əvvəlindən və axırından bəzi hissələri kəsib belə bir video hazırlayıblar”.

***

"Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin".

Bunu Mingəçevirdə yerləşən Heydər məscidinin axundu hacı Ələmdar çıxış edərkən deyib. O qeyd edib ki, keçmişdə 3 arvadı olana tapşırılıb ki, artıq arvadlarını kiməsə versin. Kimləsə evləndirsin.

Çünki peyğəmbər deyib ki, subay ölən şəxs mənim ümmətimdən deyil.

Qeyd edək ki, Azərbaycanda ailə quruluşunda çoxarvadlılıq yoxdur. Bu axund isə İranda dini təhsil alıb və islam dininə aidiyyəti olmayan çıxışlarla əhli-beyti başqa istiqamətə yönləndirir.

Publika.az axundun çıxışını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm