• USD 1,7007 0,00% EUR 2,0209 -1,05%
    • GBP 2,2939 -0,19% RUB 0,0292 -0,34%

Aydın Əliyev Salyanda qəbul keçirəcək

  • Sosial
  • 19 May 2017 10:34
  • 225 Baxış
Aydın Əliyev Salyanda qəbul keçirəcək

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev mayın 23-də saat 11:30-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində (T. Xəlilbəyli küç. 126) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar mayın 22-si saat 11:30-dək "195" Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Biləsuvar Gömrük İdarəsi (əlaqə telefonu: (025) 295-34-69) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

DGK vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan prezidentinin 12 noyabr 2010 tarixli 349 nömrəli fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında test üsulu ilə həyata keçirilir. Qeyd edilən fərmana uyğun olaraq "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin tələblərinə cavab verən Azərbaycan vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün DGK-nın internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>