Bu rayonlarda çalışan işçilərin MAAŞI ARTIRILDI
Bizi izləyin

Sosial

Bu rayonlarda çalışan işçilərin MAAŞI ARTIRILDI

“Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" qərarda dəyişiklik edilib.

Nazirlər Kabinetindən Publika.az-a bildirilib ki, dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısına əlavələr edilib. Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək kəndi hesab ediləcək.

Goranboyun Erkeç, Mənəşli və Todan kəndləri, Qubanın Afurca, Atuc, Güləzi, Dalaqo, Ruçuq, Ördüc, Xırt kəndləri, Göygölün Quşçu kəndi dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısına daxil edilib.

"Yardımlı rayonu" bölməsində "Daşkənd k." sözləri "Yardımlı şəhər ərazisinin Daşkənd hissəsi" sözləri ilə əvəz edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm