"Qaçqınkom"dan məcburi köçkünlərə qarşı dələduzluq edən qadınla bağlı açıqlama
Bizi izləyin

Sosial

"Qaçqınkom"dan məcburi köçkünlərə qarşı dələduzluq edən qadınla bağlı açıqlama

Bir qrup məcburi köçkünə qarşı dələduzluq edən şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda işləməyib.

Bu barədə Publika.az-a Dövlətqaçqınkomun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, bu barədə mətbuatda yazılan məlumatlar həqiqəti əks etdirmir.

“Bakı şəhər sakini Gülnarə Muxtarovanın bir qurup məcburi köçkünlərə qarşı dələduzluq əməlləri ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi ilə bağlı müxtəlif kütləvi informasiya vasitələrində gedən xəbərlərdə adı çəkilən şəxsin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon sektorunda dövlət idarələri və ictimai xidmət işçilərinin Həmkarlar İttifaqının Qaradağ rayon şöbəsinin sədri işlədiyi qeyd edilib.

Bildiririk ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda heç bir vaxt Gülnarə Müxtarova adlı şəxs işləməmiş və ümumiyyətlə Komitənin strukturunda belə bir vəzifə mövcud olmayıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm